Ərdoğan İsrail hökümətinin erməni soyqırımı nı tanımaq qərarını şərh edib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Nazirlər Kabinetinin "erməni soyqırımı"nı tanımaq qərarını ilk dəfə şərh edib.
"TRT Haber"in məlumatına görə, Ərdoğan bildirib ki, Ankaranın Qəzzada minlərlə insanın qanına batanların Türkiyə barədə səsləndirdiyi ittihamlara əhəmiyyət vermək niyyəti yoxdur.
"Əllərində əksəriyyəti qadın və uşaq olmaqla 73 min günahsız Qəzzə sakininin qanı olan cinayətkar şəbəkənin ölkəmizlə bağlı iftiralarını zərrə qədər ciddiyə almırıq. Bizim tariximizdə nə soyqırımı, nə kütləvi qırğın, nə zülm, nə də müstəmləkəçilik var. Minillik tariximizdə yalnız ədalət və mərhəmət var", – deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan əlavə edib ki, Türkiyə tarix boyu dini, etnik mənsubiyyəti və kimliyindən asılı olmayaraq məzlum insanlara sahib çıxıb.
Onun sözlərinə görə, inkvizisiyadan və nasist zülmündən qaçanlara sığınacaq verən də məhz Türkiyə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 30 İyun 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















