İsrail parlamenti erməni soyqırımı nı tanımaq qərarını rədd etdi
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın təzyiqi səbəbindən İsrail hökuməti tərəfindən iyunun 27-də qəbul edilmiş "erməni soyqırımı"nı tanıyan qətnaməni Knesset (parlament) təsdiq etməmək qərarına gəlib.
Newscenter.az xəbər verir ki, bu barədə " Haaretz" qəzeti İsrail mənbəyinə istinadən məlumat yayıb.
Qəzet öz mənbəsinə istinadən bildirir ki, İsrail hökumətinin ötən ay təsdiqlənmiş "erməni soyqırımı"nı tanımaq qərarı, Baş nazirə qarşı Azərbaycanın təzyiqi səbəbindən Knessetdə səsverməyə çıxarılmayıb. Qəzetin məlumatına görə, Benyamin Netanyahu xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə keçirilən parlament səsverməsini Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ofisinə zəng etməsindən sonra bloklayıb.
Qəzet yazır ki, İsrail hökuməti Azərbaycan tərəfinə "erməni soyqırımı"nın tanınması məsələsinin parlamentin gündəliyindən çıxarıldığını bildirib.
Anar
Bu mövzuda digər xəbərlər:Ərdoğan İsrail hökümətinin erməni soyqırımı nı tanımaq qərarını şərh edib
30 İyun 2026 22:21
İsrail “erməni soyqırımı”nı rəsmi şəkildə tanıdı
28 İyun 2026 15:04
Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi FOTO
28 İyun 2026 22:56
Azərbaycan İsrailin “erməni soyqırımı”nı tanımaq TƏŞƏBBÜSÜNÜ DAYANDIRDI
09 İyul 2026 15:30
“Haaretz“: İsrail “erməni soyqırımı“nı tanımaqla heç nə qazanmayacaq
04 İyul 2026 15:02
Baxış sayı:112
Bu xəbər 20 İyul 2026 01:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















