Ərdoğan Makronla Rusiya Ukrayna münaqişəsinin həlli üzrə müzakirələr aparıb
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçirilən G20 zirvəsi çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Türkiyə lideri Qəzzada atəşkəsin qorunmasının və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb, davamlı sülh formulunun "iki dövlətli həll"də olduğunu və rəsmi Ankaranın buna nail olmaq üçün səy göstərdiyini bildirib.
Ərdoğan həmçinin Ukrayna ilə Rusiya arasındakı müharibəyə ədalətli və davamlı sülhlə son qoymaq üçün bütün diplomatik resurslardan istifadə edilməli olduğunu və Türkiyənin müharibə aparan tərəfləri sülh danışıqları əsasında bir araya gətirmək səylərini davam etdirəcəyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 23 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















