Ərdoğan: Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir
Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəzər dənizindən keçən və İpək Yolunun müasir analoqu olan Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə birgə mətbuat konfransında bəyan edib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Qazaxıstan və digər tərəfdaşlarla birlikdə yükdaşımaların genişləndirilməsi üçün marşrutun inkişafını stimullaşdırmağa davam edəcək.
O, həmçinin Aralıq dənizindən Mərkəzi Asiyaya qədər məkanda ölkələr arasında əlaqələri "dildə, düşüncədə və əməldə birlik şüarı altında" yeni səviyyəyə çıxarmaq niyyətini bəyan edib.
Türkiyə lideri tərəflərin iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək niyyətində olduqlarını qeyd edib./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 14 May 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















