Ərdoğan Özəlin sözlərinə belə cavab verdi: Ah mənim ölkəm, nə hallara qaldın!
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ərdoğan Özgür Özəlin raket sınağı tənqidinə sərt cavab verib.
Turkustan.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. O, CHP sədri Özgür Özəlin Sinopda keçirilən ROKETSAN raket sınaqları ilə bağlı səsləndirdiyi tənqidlərə münasibət bildirib.
Prezident Ərdoğan bildirib ki, Özgür Özəlin Sinopda turizm və balıqçılıqla bağlı məsələlərdən xəbərsiz olduğunu düşünür:
"Hörmətli Özgürün raketlər, Sinopda balıqçılığın inkişafı və turizm haqqında heç bir məlumatı olduğunu düşünmürəm. ‘Balıqlar streslidir’ deyə açıqlama verdi. Ah mənim ölkəm, nə hallara qaldın..."
Ərdoğan bu ifadələrlə müxalif liderin açıqlamasını tənqid edərək onun müdafiə sənayesinə yönəlmiş iradlarını ciddiyə almadığını ifadə edib.
Aytən Yaşar/ Turkustan.az


