Zelenski: Ölkəm təslim olmayacaq, Donetsk mənim şəxsi mülkümdür?
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna prezidenti Vladimir Zelenski davam edən müharibə və Rusiya ilə danışıqlarla bağlı dəyərləndirmələr edib.
Turkustan.az xəbər verir ki. Rusiyanın Ukrayna əsgərlərinin atəşkəs müqabilində Donbasdan çıxarılmasını istəməsi ilə bağlı iddialara cavab verən Zelenski, "Biz Donbası tərk etməyəcəyik. Bunu edə bilmərik. Donbas gələcək müharibədə ruslar üçün tramplin ola bilər" deyib.
Ukrayna lideri bildirib ki, onlar Donbası tərk etsələr, Rusiya yaxın illərdə Dnepr və Zaporojyaya hücum edə bilər.
Ukrayna lideri "Ölkəmi təslim etməyəcəyəm. Buna haqqım yoxdur... Dövlət nədir, özəl mülkiyyətdirmi? Donetskin 30 faizi mənim şəxsi mülkümdürmü?"
Zelenski bildirib ki, ərazi məsələsi təhlükəsizlik təminatlarından ayrı deyil.
Ukrayna lideri Rusiya ordusunun şərq cəbhəsində 15 kilometrə qədər irəliləməsi ilə bağlı xəbərlərlə bağlı da açıqlama verib.
Zelenski rus ordusunun az sayda əsgərlə təxminən 10 kilometr irəlilədiyini təsdiqləyərək, “Onların heç bir texnikası yoxdur, yalnız əllərində silah var” deyib.
Digər tərəfdən, Ukrayna lideri ABŞ prezidenti Donald Trampın tərəf tutmadığını və vasitəçi olmağa çalışdığını bəyan edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Avqust 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















