Icma.az
close
up
RU
Ərdoğan qardaşlıq mesajı verdi Azərbaycan əleyhdarları indi nə edəcək?

Ərdoğan qardaşlıq mesajı verdi Azərbaycan əleyhdarları indi nə edəcək?

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Dövlət Müstəqilliyimizin Bərpası Günü münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə ünvanladığı təbrik mesajı iki ölkə arasındakı münasibətlərin siyasi və diplomatik əhəmiyyətini bir daha göstərdi. Qardaşlığa, yaxın dostluğa və əlaqələrin xüsusi xarakterinə verilən vurğu rəsmi Ankaranın Bakıya yanaşmasının ardıcıllığını nümayiş etdirir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Azərbaycan parlamentinin təmsilçisi Naqif Həmzəyev səsləndirib.

O vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri bir təbrik məktubundan daha dərindir:

““Bir millət, iki dövlət” anlayışı uzun illərin sınağından keçib. Bu dostluq 2020-ci ildə siyasi və mənəvi dəstəkdə, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsində, enerji və nəqliyyat layihələrində, iqtisadi və humanitar əməkdaşlıqda öz əksini tapıb. Belə bir tarixi və strateji bağlılıq anlıq emosiyalarla, sosial şəbəkə mübahisələri ilə və ya ayrı-ayrı şəxslərin çıxışları ilə sarsıla bilməz. Buna baxmayaraq, informasiya məkanında bu münasibətlərə kölgə salmağa çalışan səslər də eşidilir. Onların motivləri müxtəlif ola bilər. Daxili siyasi çəkişmələr, regional rəqabət, ya da sadəcə diqqət qazanmaq istəyi bu motivləri təşkil edir. Bəzən təhrikedici başlıqlar, kontekstdən çıxarılmış sitatlar və yoxlanılmamış məlumatlar iki xalq arasında süni gərginlik yaratmaq üçün istifadə olunur. Belə halları bütöv bir dövlətin və ya xalqın mövqeyi kimi təqdim etmək yanlış olardı. Çünki Türkiyə cəmiyyətinin böyük əksəriyyəti Azərbaycana səmimi münasibət bəsləyir, Azərbaycan cəmiyyəti də eyni hissləri paylaşır. Bu səbəbdən məsələyə soyuqqanlı yanaşmaq lazımdır”.

Deputat xatırladıb ki, burada hər iddia faktlarla yoxlanmalı, dezinformasiya operativ şəkildə təkzib olunmalıdır:

“Jurnalistlərin, ekspertlərin, universitetlərin və vətəndaş cəmiyyətinin birbaşa əlaqələri bu cür təşəbbüslərin ən təsirli əks-çəkisidir. Rəsmi səviyyədə səslənən dostluq çağırışı ictimai müzakirələrdə də məsuliyyətlə müdafiə olunduqda daha güclü təsir göstərir. Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı şəxslərin və ya dairələrin kampaniyalarından yüksəkdir. Tarixin, qanın, dilin və ortaq maraqların bərkitdiyi bu münasibətə kölgə salmaq istəyənlər nə qədər səy göstərsələr də, onu zəiflədə bilməyəcəklər”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Oktyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri