Ərdoğan Starmerə Qəzzada atəşkəs üçün İsrailə təzyiqin vacibliyini vurğulayıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.
Görüş zamanı Ərdoğan Qəzza zolağında atəşkəsin təmin olunması üçün İsrailə təzyiq göstərilməsinin və Fələstin probleminin iki dövlətli həll prinsipi əsasında həllinin vacibliyini vurğulayıb.
Ərdoğan əlavə edib ki, Türkiyə Qəzzaya mütəmadi olaraq humanitar yardım göndərir və bölgədə atəşkəsin əldə olunması, eləcə də müzakirələrin aparılması üçün vasitəçilərin səylərini dəstəkləyir.
Bu mövzuda digər xəbərlər:Ərdoğan Starmerə deyib ki, İsraili Qəzzada atəşkəslə razılaşmağa məcbur etmək vacibdir
05 Avqust 2025 01:09
Qətər Qəzzada atəşkəs üçün İsrailə yeni təklif göndərib
02 İyul 2025 03:41
Ərdoğan: Qəzzada atəşkəs qorunmalıdır
14 Oktyabr 2025 13:10
Ərdoğan: Qəzzada atəşkəs razılaşmasından məmnunuq
16 Yanvar 2025 12:03
Baxış sayı:44
Bu xəbər 05 Avqust 2025 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















