Ərdoğan Starmerə deyib ki, İsraili Qəzzada atəşkəslə razılaşmağa məcbur etmək vacibdir
Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Key Starmerlə telefon danışığında İsrailə Qəzza zolağında atəşkəslə razılaşmaq və Fələstin problemini iki dövlət prinsipi əsasında həll etmək üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi bəyanat yayıb.
Prezident Ərdoğan Qəzzada humanitar vəziyyətin kritik həddə çatdığını bildirib.
O, İsrailə atəşkəs və iki dövlətli həllə razılıq verməsi üçün təzyiq göstərmək üçün addımların atılmasının vacibliyini vurğulayıb və Fələstin Dövlətinin tanınması ilə bağlı verdiyi bəyanata görə İngiltərə Baş naziri Starmerə təşəkkür edib.
Ərdoğan Türkiyənin Qəzzaya humanitar yardım göndərməyə davam etdiyini və bölgədə atəşkəsə nail olmaq üçün vasitəçilərin səylərini və atəşkəs danışıqlarını dəstəklədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 05 Avqust 2025 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















