Icma.az
close
up
RU
Ərdoğan: Tarixi imkanın sülh sazişi ilə nəticələnməsini arzu edirik

Ərdoğan: Tarixi imkanın sülh sazişi ilə nəticələnməsini arzu edirik

"Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə nəticələnməsini arzu edirik".

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 15-ci Səfirlər Konfransında çıxışında deyib.

O, Türkiyənin digər regional proseslərə müsbət təsir göstərməyə davam edəcəyini söyləyib.

Ərdoğan qeyd edib ki, Türkiyə üçün Suriya ilə yanaşı, İraqın da ərazi bütövlüyü və suverenliyi vacibdir.

"Qəzzadakı qan dəryasının artıq bitməsini istəyirik. Bunun üçün hər şey etməyə hazırıq", - Türkiyə lideri əlavə edib. \\Ölkə.az

seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri