Icma.az
close
up
RU
Ərdoğan Tokayevi hava limanında qarşılaması siyasi mesajdır RƏY

Ərdoğan Tokayevi hava limanında qarşılaması siyasi mesajdır RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə liderinin jesti Türk Dövlətləri Təşkilatı üçün əhəmiyyətli simvolik və siyasi məna daşıyır 



Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarını 

Prezident Administrasiyasında rəsmi mərasimlə qarşılayıb. Liderlə Türkiyə-Qazaxıstan strateji tərəfdaşlığının daha da gücləndirilməsinə dair məsələləri müzakirə ediblər. Həmçinin, liderlərin həmsədrliyi ilə Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçirilib. İclasda iki ölkə arasında mövcud strateji tərəfdaşlığın gedişatı və bu tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Eyni zamanda, həm Türkiyə, həm də Qazaxıstan ərazisindən keçən Orta Dəhlizin inkişaf etdirilməsi, enerji, müdafiə sənayesi, qarşılıqlı ticarət, kənd təsərrüfatı, media və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni hədəflər müəyyənləşib. İki ölkə arasında 20-yə yaxın saziş imzalanıb. Tokayev Türkiyə Respublikasının ən yüksək dövlət mükafatı - Dövlət Nişanı ordeni ilə təltif edilib. Tokayev Ərdoğana və bütün türk xalqına səmimi təşəkkürünü bildirib və bu mükafatı qəbul etməyin onun üçün böyük şərəf olduğunu qeyd edib: "Mən yerli və ya xarici ordenləri və digər mükafatları qəbul etməkdən imtina etmişəm. Lakin bu gün verdiyiniz qərarın xüsusi əhəmiyyəti var. Bu, Qazaxıstan-Türkiyə əməkdaşlığının salnaməsində əlamətdar tarixi hadisədir. Siz iki xalqın əsas sərvətini - məndən bu nəsildən-nəslə ötürülən dostluq və qardaşlıq tellərini möhkəmlədən əcdadlarımızın vəsiyyətlərinə qəti sadiqliyinizi bir daha təsdiqlədiniz". Tokayev qeyd edib ki, o, Ərdoğanı nüfuzlu dünya siyasətçisi, qlobal sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə əvəzsiz töhfələr vermiş tarixi şəxsiyyət hesab edir: "Türkiyənin nailiyyətlərinin dünya miqyasında tanınması, dinamik inkişafı, yüksək nüfuzu birbaşa sizin fəaliyyətinizlə bağlıdır. Bu gün ölkəniz iqtisadi inkişafa görə ilk 20 ölkə sırasındadır. Əminəm ki, Türkiyə Cümhuriyyəti sizin rəhbərliyinizlə bundan sonra da öz yeni qızıl dövrünə inamla irəliləməkdə davam edəcək. Biz heç vaxt unutmayacağıq ki, Qazaxıstanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olub".


Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfəri ikitərəfli əlaqələrin dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dəvətin bu qədər yüksək səviyyədə olması tərəfdaşlığın prioritetliyini vurğulayır: 

seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri