Ərdoğan: Tramp Putinin də gələcəyi təqdirdə Türkiyəyə səfər etməyə hazırdır
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həllində mümkün diplomatik irəliləyişlə bağlı mühüm açıqlama verib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə NATO sammitinin keçirildiyi Haaqadan qayıdarkən danışıb.
Türkiyə lideri qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna üzrə sülh danışıqlarında iştirak edəcəyi təqdirdə Türkiyəyə gəlməyə hazırdır.
"Bizim əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən Haaqadakı görüşümüz zamanı bu barədə ABŞ Prezidenti Trampı da məlumatlandırdım. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin nizamlanma üçün İstanbula və ya Ankaraya gəlsə, o da İstanbula və ya Ankaraya gələcək" - deyə R.T.Ərdoğan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 İyun 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















