Icma.az
close
up
RU
Ərdoğan: “Trampın sülhə dair mövqeyini bölüşürəm”

Ərdoğan: “Trampın sülhə dair mövqeyini bölüşürəm”

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvə görüşündə çıxışı zamanı deyib.

“Şübhəsiz ki, ölkəmizin ən böyük uğuru müdafiə sənayesindəki irəliləyişidir. İstehsal və ixrac gücünə görə dünyanın ilk 10 ölkəsi arasında yer almışıq. Alyans daxilində bizə ayrılan 361 hədəfin demək olar ki, hamısına üç il ərzində, vaxtından əvvəl nail olacağıq. Alyansımızın ən təcili ehtiyacı olan hava və raketdən müdafiə tələbatını ödəmək üçün polad günbəz layihəmiz üçün əlavə 24 milyard dollar büdcə ayırdıq”, - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə Avropada ən böyük quru qoşunlarına malikdir və ehtiyac duyulduqda bu ordunun imkanlarını Alyansa təqdim etməyə çalışırlar. 

“NATO 3.0 məqsədimizə ən qısa zamanda çatmaq üçün iki məqama xüsusi diqqət çəkmək istərdim: Birincisi, müttəfiqlər arasında, xüsusən də müdafiə sənayesində əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan qaldırılması. İkincisi, Avropa müttəfiqləri olaraq, qitənin müdafiəsində daha böyük məsuliyyət daşıyarkən, Alyansın bütövlüyünü və transatlantik münasibətləri zəiflədə biləcək tədbirlərdən də çəkinməliyik. Birliyin təhlükəsizlik səylərində maksimum fayda yalnız NATO ilə lazımsız təkrarlamaların qarşısını almaqla əldə edilə bilər”, - Türkiyə lideri söyləyib. 
Rusiya-Ukrayna müharibəsinə toxunan R.T.Ərdoğan deyib ki, Kiyevi dəstəkləyərkən, həmçinin Moskvanı sülhə doğru istiqamətləndirmək üçün ünsiyyət kanallarından istifadə edirlər. “Mən ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsində sülhə dair mövqeyini bölüşürəm və Kiyevin prioritet ehtiyaclar təşəbbüsünü dəstəkləyirəm. Öz milli inventarımızdan Ukraynaya təmin etdiyimiz hərbi dəstəyə əlavə olaraq, Puer El giriş proqramı çərçivəsində töhfəmizi davam etdirəcəyik”. 

İran və Hörmüz boğazındakı böhranla bağlı mövqeyini açıqlayan Türkiyə Prezidenti diqqətə çatdırıb ki, bu məsələdə təxribat cəhdləri var.

“Buna baxmayaraq, dostum Trampın İran böhranını həll etməkdə göstərdiyi qətiyyətli mövqeyini yüksək qiymətləndirirəm. Diplomatik səylərimizlə yanaşı, Hörmüz boğazının minalardan təmizlənməsinə də töhfə verməyə hazırıq”, - o vurğulayıb.

Mürtəza
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyul 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri