Ərdoğan: Türkiyə Rusiya ilə Ukraynada atəşkəsi müzakirə etməyə hər zaman hazırdır
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Türkiyə Rusiya ilə Ukraynada atəşkəs variantlarını müzakirə etməyə hər zaman hazırdır.
Newscenter.az trthsber-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.
Türkiyə lideri ölkəsinin Rusiya ilə Ukraynada nizamlanma variantlarını müzakirə etməyə hər zaman hazır olduğunu bəyan edib.
"Biz bu çətin şəraitdə ölkəni tərk etmədən fəaliyyətini davam etdirən türk sahibkarların dəstəyi ilə Ukraynanın dirçəlməsinə töhfə verməyə çalışırıq. Bununla belə, biz Türkiyə olaraq hər şeydən əvvəl Rusiya ilə atəşkəsi sürətləndirəcək və ədalətli və davamlı sülhə zəmin yaradacaq təklifləri müzakirə etməyə hazırıq", - deyə Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
O, həmçinin vurğulayıb ki, Türkiyə ABŞ-ın münaqişənin həlli prosesində iştirakına böyük əhəmiyyət verir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Türkiyə Ukraynada atəşkəs variantlarını Rusiya ilə müzakirə etməyə həmişə hazırdır
20 Noyabr 2025 10:21
“Rusiya Ukraynada atəşkəsi müzakirə etməyə hazırdır, amma şərti var“ “Bloomberg“
08 Mart 2025 13:34
Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib
18 Noyabr 2024 13:53
Baxış sayı:54
Bu xəbər 19 Noyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















