Icma.az
close
up
RU
“Rusiya Ukraynada atəşkəsi müzakirə etməyə hazırdır, amma şərti var“ “Bloomberg“

“Rusiya Ukraynada atəşkəsi müzakirə etməyə hazırdır, amma şərti var“ “Bloomberg“

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Mənim üçün Ukrayna ilə işləmək daha çətindir, onların əllərində heç bir kart yoxdur, əgər Ukrayna sülhə nail olmaq istəmirsə, ABŞ oradan gedəcək..."

Rusiya Ukrayna ilə müvəqqəti atəşkəsi müzakirə etməyə hazırdır, lakin bu, yekun sülh sazişinə doğru irəliləyiş əldə olunması şərtilə mümkün ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Moskvadakı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin iki həmsöhbəti bildirib ki, Kremlin atəşkəs barədə razılığa gəlməsi üçün yekun sülh sazişinin əsas prinsipləri barədə aydın təsəvvürü olmalıdır.

Məsələdən xəbərdar olan başqa bir mənbənin sözlərinə görə, Rusiya, xüsusən, mümkün sülhməramlı missiyanın parametrlərinin müəyyənləşdirilməsində israr edəcək. Buraya bu missiyada hansı ölkələrin iştirak edəcəyi barədə razılıq da daxildir.

Moskva Avropa ölkələrinin iştirakına qarşı çıxır, lakin münaqişədə neytral mövqe saxlayan dövlətlərin orada olmasına etiraz etmir. Xüsusilə, Rusiya tərəfi Çin sülhməramlılarının yerləşdirilməsinə qarşı deyil.

Bundan bir gün öncə "Bloomberg" mənbələrə istinadən yazıb ki, ABŞ prezidenti Donald Tramp nadir torpaq metalları ilə bağlı razılaşmanı imzalamaq üçün Ukraynanın Rusiya ilə tezliklə atəşkəsə razılaşmasını tələb edib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqton Kiyevə açıq şəkildə bildirib ki, Tramp, fevralın 28-də  Oval kabinetdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsindən sonra dayandırılmış təbii ehtiyatlar sazişini yekunlaşdırmağa hazırdır. Amma bunun üçün Ukrayna lideri "atəşkəsə və Moskva ilə danışıqlara real yolla razılaşmalıdır".

"Bloomberg" yazır ki, bu əlavə şərtlər, Tramp və Zelenskinin ictimai bəyanatlarına baxmayaraq, Ukrayna ilə ABŞ arasında iqtisadi əməkdaşlıq sazişinin hələ də imzalanmamasının əsas səbəbidir.

Martın 7-də axşam saatlarında Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ABŞ-ın Ukrayna ilə əməkdaşlığının Rusiyadan daha çətin olduğunu bildirib, çünki "bütün kartlar Rusiyanın əlindədir".

"Açığı, mənim üçün Ukrayna ilə işləmək daha çətindir. Onların əllərində heç bir kart yoxdur. Bildiyiniz kimi, biz gələn həftənin əvvəlində Səudiyyə Ərəbistanında görüşəcəyik. Baxarıq, bəlkə də yekun nizamlanma baxımından Rusiya ilə razılaşmaq daha asan olar- bu, təəccüblüdür. Çünki bütün kartlar onların əlindədir və hazırda onlar bu kartlarla möhkəm oynayır", - Amerika lideri bildirib.

Əgər Ukrayna sülhə nail olmaq istəmirsə, "ABŞ oradan gedəcək", -  Tramp əlavə edib. O, bildirib ki, Kiyevə bundan sonrakı dəstək onun sülh danışıqlarına hazırlığından asılı olacaq. Ukraynaya təhlükəsizlik zəmanətləri barədə danışan dövlət başçısı deyib: "Mən, ümumiyyətlə, bu barədə düşünməyə başlamazdan öncə müharibəni bitirmək istəyirəm".

"Mən ötən və bu həftə Avropadakı hadisələri diqqətlə izlədim. Əgər biz bunu nizamlaya bilməsək, vəziyyət Üçüncü Dünya müharibəsinə çevrilə bilər. Avropa isə münaqişəni necə bitirəcəyini bilmir", -

Tramp qeyd edib.

"Axios"-un məlumatına görə, martın 12-də Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqları baş tutacaq. Vladimir Zelenski təsdiqləyib ki, Ukrayna və Amerika komandaları işi bərpa edib və gələn həftə "məzmunlu" görüş gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri