Ərdoğan: Türkiyə Somalinin suverenliyi və təhlükəsizliyini bundan sonra da dəstəkləyəcək
Icma.az bildirir, Bizimyol portalına istinadən.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Hasan Şeyx Mahmud ikitərəfli görüşdən sonra mətbuata birgə bəyanatında səsləndirib.
Türkiyə Prezidentinin "X" hesabında canlı yayımlanan mətbuat konfransında Ərdoğan bildirib ki, Somalinin yenidən ayağa qalxmasını istəməyənlərin təxribatlarına rəğmən, təhlükəsizlik baxımından ölkənin vəziyyəti normallaşıb.
"2011-ci ildə quraqlıq səbəbilə Somaliyə yardım kampaniyasına başladıq. Bütün dünyanın Somalidən ümidini kəsdiyi bir dövrdə Türkiyə bu ölkəyə qardaşlıq əli uzadıb", - o qeyd edib.
Türkiyə Prezidentinin sözlərinə görə, 2026-cı ildə Somali ilə diplomatik əlaqələrin 60 illiyi qeyd olunacaq.
"Türkiyə hərbçilərinin təlim keçdiyi Somali ordusunun terrorla mübarizədə son dövrlər nailiyyətlər əldə edildiyi müşahidə olunur. Verdiyimiz dəstəklə terrora qarşı Somalinin yanında olduğumuzu göstərdik" , - Ərdoğan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 30 Dekabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















