Çin Somalinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çin hökuməti Somali ərazilərinin parçalanmasına yönələn hər hansı cəhdə qarşı çıxdığını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Jian bildirib.
XİN sözçüsü Çinin Somalinin suverenliyi, birliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
“Heç bir ölkə öz şəxsi maraqları üçün digər ölkələrin daxili separatçı qüvvələrini təşviq etməməli və dəstəkləməməlidir”, - o qeyd edib.
O, Somalilənd hakimiyyətini “separatçı fəaliyyətləri və xarici qüvvələrlə əlaqələri” dayandırmağa çağırıb.
Xatırladaq ki, cümə günü İsrail özünü müstəqil elan etmiş Somalilənd Respublikasını ilk rəsmi dövlət kimi tanıyaraq, bu ölkə ilə kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində dərhal əməkdaşlıq etmək haqda planlarını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Dekabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















