Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Ərdoğan Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Azərbaycanla Türkiyə arasındakı əlaqələr hər sahədə olduğu kimi enerji sahəsində də güclü və qətiyyətlə davam edir”.
Prezident Türkiyə və Azərbaycanın enerji sahəsində bir çox uğurlara imza atdığını vurğulayıb:
"Son illərdə baş verən qlobal geosiyasi proseslər Türkiyə-Azərbaycan əməkdaşlığının enerji təhlükəsizliyi baxımından əhəmiyyətini bir daha vurğulayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəməri kimi infrastruktur sərmayələri təkcə Türkiyə və Azərbaycana yox, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir".
Türkiyə lideri İğdır-Naxçıvan boru kəmərini enerji əməkdaşlığının ən yeni nümunəsi adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 02 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















