Icma.az
close
up
RU
Azərbaycan Türkiyə münasibətləri strateji əhəmiyyət daşıyır MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan Türkiyə münasibətləri strateji əhəmiyyət daşıyır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan–Türkiyə münasibətləri beynəlxalq əlaqələr standartlarının çox üzərində inkişaf edir". Bunu SİA-ya açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.

Onun sözlərinə görə, bu münasibətləri üç istiqamətdə dəyərləndirmək olar: "Azərbaycan xalqı ilə Türk xalqı arasındakı qardaşlıq, Azərbaycan dövləti ilə Türkiyə Cümhuriyyəti dövləti arasındakı strateji tərəfdaşlıq və Azərbaycan hökuməti ilə Türkiyə Cümhuriyyəti hökuməti arasındakı əməkdaşlıq. Dövlət və millət bağları tarixi köklərdən qaynaqlandığı üçün münasibətlər hər zaman olması gərəkdiyindən daha yüksək səviyyədə və sağlam şəkildə davam edir".

Zaman-zaman hökumətlərin proqramları və onların xarici təsirlər fonunda baş verən proseslər münasibətlərdə müəyyən yanlış anlaşılmalara yol aça bilir: "Lakin dövlətlərarası əməkdaşlıq ən yüksək səviyyədə davam edir. Xüsusən enerji sahəsində Azərbaycan dövləti ilə Türkiyə Cümhuriyyəti arasında münasibətlər strateji əhəmiyyət daşıyır. Hərbi əməkdaşlıq, müdafiə sənayesi və digər istiqamətlərdə də bu əlaqələr olduqca mühüm bir mərhələyə qədəm qoyub.

Hökumətlər arasında xarici amillərdən qaynaqlanan müəyyən fikir ayrılıqları yarana bilər. Azərbaycanın baxış bucağından yanaşdıqda, Türkiyədə hakimiyyətin dəyişmə ehtimalı səbəbilə hökumətlər bəzən münasibətlərin xarici təsirlərdən uzaq qalmasına çalışa bilir. Xüsusilə İsrail məsələsində fikir ayrılıqları müşahidə olunur. Türkiyədə hökumətə yaxın dairələrin Azərbaycana münasibətdə İsraillə əlaqələri gündəmə gətirməsi, eyni zamanda Azərbaycanın da öz mövqeyini açıq şəkildə ifadə etməsi təbii haldır. Türkiyənin də bu mövzuda Azərbaycana tənqidi yanaşması normal qarşılanmalıdır.

Bununla belə, dövlət və xalq səviyyəsində münasibətlərdə heç bir problem yoxdur. Əksinə, hər iki tərəf səmimi, dürüst və gələcəyə ümidlə baxan bir prosesin içindədir. Türk dünyası coğrafiyasının, Xəzərin və Azərbaycanın enerji resurslarının Türkiyə vasitəsilə Avropaya nəqli hər iki ölkəni daha da yaxınlaşdırır. Qarabağ məsələsində, xüsusilə yeddi rayonun işğaldan azad olunması və Dağlıq Qarabağ probleminin həllində Türkiyənin Azərbaycana verdiyi dəstək regionda yeni geosiyasi reallıqlar ortaya qoydu.

Türkiyə–Ermənistan–Azərbaycan üçtərəfli barışığının təmin olunması halında Azərbaycan bölgənin ən inkişaf etmiş və qabaqcıl dövlətinə çevriləcək. Bununla yanaşı, Cənubi Qafqazda sülhün bərqərar olması gələcək üçün ciddi gözləntilər və böyük perspektivlər yaradacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri