Icma.az
close
up
RU
“Ərdoğan Ukraynada hava və dənizdə atəşkəs təşəbbüsünü dəstəkləyib“ “The Guardian“

“Ərdoğan Ukraynada hava və dənizdə atəşkəs təşəbbüsünü dəstəkləyib“ “The Guardian“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Türkiyə Ukraynada öz hərbi kontingentini yerləşdirməyə hazırdır..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa və Britaniyanın Ukrayna üzrə sülh təşəbbüsünü dəstəkləyib.

Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri  məlumat yayıb.

Təklif olunan plan hava və dənizdə atəşkəsin tətbiqini, həmçinin enerji infrastrukturu obyektlərinə hücumların qadağan olunmasını nəzərdə tutur. Bu təşəbbüsdən Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Kir Starmer və Ukrayna prezidenti Vladimir Zelenski bəhs edib.

"Biz tərəflər arasında etimadın gücləndirilməsi üçün hava və dənizdə hərbi əməliyyatların və hücumların tezliklə dayandırılması ideyasını dəstəkləyirik", - Ərdoğan bildirib.

Bundan əvvəl "Bloomberg" yazıb ki, Türkiyə Ukraynada öz hərbi kontingentini yerləşdirməyə hazırdır. Məlumata görə, Ərdoğan bu məsələləri Zelenski və təcavüzkar ölkə olan Rusiya xarici işlər naziri Sergey Lavrov ilə müzakirə edib.

Makronun bəhs etdiyi plan hava və dənizdə bir ay müddətində sakitlik rejimini nəzərdə tutur. Xarici qoşunların yerləşdirilməsi isə sonrakı mərhələdə mümkün ola bilər.

Martın 2-də Kir Starmer bildirib ki, Ukrayna, ABŞ və Fransa liderləri ilə uğurlu danışıqlar aparıb. Görüş zamanı Ukrayna, Britaniya, Fransa və ehtimal ki, bir neçə digər ölkənin atəşkəs planı üzərində işləmək barədə razılığa gəldiyi qeyd olunub. Planın daha sonra ABŞ-la müzakirə ediləcəyi bildirilib. 

Starmerin sözlərinə görə, bu plan üç əsas maddəni əhatə etməlidir, bunlar güclü Ukrayna-  həm lazım gələrsə mübarizəni davam etdirmək, həm də danışıqlara başlamaq üçün, Avropa müttəfiqlərinin təhlükəsizlik təminatları və ABŞ-ın dəstəyindən ibarət olmalıdır.

Martın 5-də "Reuters" yazıb ki, Fransa, Böyük Britaniya və Ukrayna yaxın günlərdə sülh planı üzərində işi yekunlaşdırmağı planlaşdırır ki, onu Vaşinqtonda mümkün danışıqlardan öncə ABŞ-a təqdim etsinlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri