Icma.az
close
up
RU
The Guardian: “Kövrək iqtisadiyyat Putinin zəifliyidir..?”

The Guardian: “Kövrək iqtisadiyyat Putinin zəifliyidir..?”

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Sanksiya təzyiqini həddinə çatdırmaq şansı var...

...Ukraynanın müttəfiqləri Kremlin sonsuz müharibə strategiyasının zəifliyini ifşa etmək üçün sanksiyaları sərtləşdirməlidirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Guardian” yazır.

ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik müddətinin ilk günündə Ukraynada müharibəyə son qoymaq niyyətini açıqlaması onun sülhməramlı kimi uğursuzluğunun növbəti sübutu oldu.

Onun Putinə açıq simpatiyası daha da qorxuludur. Ağ Evin qərarı ilə münaqişəni “dondurmağın” mümkün olmadığını anladıqdan sonra Trampın Putinə qarşı ritorikası bir qədər soyusa da, hələ də bu müharibəni başladan cinayətkar təcavüzə qarşı real qəzəbdən əsər-əlamət yoxdur..?

Tramp və Putin arasında son telefon danışığına dair xəbərlər ABŞ-ın Rusiyaya təzyiqinin artmadığını göstərir.

Əksinə, belə görünür ki, Tramp məsələyə marağını itirir və özünü Ukrayna mövzusundan uzaqlaşdırmağa hazırdır.

Və təbii ki, Putin bundan mütləq yararlanacaq.

Ukraynanın Avropadakı müttəfiqləri Trampı daha çox Ukraynayönümlü mövqe tutmağa inandırmağa çalışır, eyni zamanda Amerikanın dəstəyinin nə vaxt azalacağını planlaşdırır.

Ukrayna ordusu Rusiyanın hücumunu dəf edərək, təcavüzkarı məğlubiyyətə uğratmaqla müqavimət göstərmək qabiliyyətini dəfələrlə nümayiş etdirib. Bununla belə, say üstünlüyü hələ də Putinin tərəfindədir.

O, ümid edir ki, o, yeni çağırışçıları sonsuz olaraq “ətçəkən maşına” ata və beləliklə, qanlı tükənmə ilə Ukrayna prezidenti Vladimir Zelenskini güzəştə getməyə məcbur edə bilər.

Lakin Rusiyanın resursları məhduddur.

...Müxalifətin vəhşicəsinə sıxışdırılmasına baxmayaraq, Kreml on minlərlə rus gəncinin ölümünə əbədi olaraq göz yuma bilməz.

“Qələbələr”lə bağlı təbliğat ritorikası reallıq fonunda cəmiyyəti daha az inandırıcı edir. Putinin strategiyasının zəif həlqəsi əbədi müharibə üçün nəzərdə tutulmuş, lakin vətəndaşların ehtiyaclarını ödəmək iqtidarında olmayan iqtisadiyyatdır.

Qiymətlərin qalxması, həyat səviyyəsinin aşağı düşməsi və büdcənin neft gəlirlərindən asılılığı bütün bunlar rejimi həssas edir.

Neft qiymətləri, qismən də Trampın təşəbbüsü ilə qoyulan ticarət məhdudiyyətləri səbəbindən düşür.

Qərb artıq Rusiya neftinin qiymətlərini məhdudlaşdırıb və Avropa İttifaqı qiymətləri daha da aşağı salmağı təklif edir. Bu həftə Brüssel və London yeni sanksiyalar paketini, o cümlədən Rusiyaya sanksiyalardan yayınmağa imkan verən “kölgə donanmasını” ləğv etməyə yönəlmiş sanksiyalar paketini razılaşdırıblar.

Kiyev daha sərt tədbirlərə – Rusiya mallarını alan və ya texnoloji dəstək verən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalara çağırır.

ABŞ-da senatorların əksəriyyəti Moskvaya artan iqtisadi təzyiqi dəstəkləyir, lakin Tramp Kremllə münasibətləri yumşaltmaq və normallaşdırmaq meylini nümayiş etdirməkdə davam edir.

Onun rusiyayönlü mövqeyi Ukraynaya dəstək üçün ciddi maneə olaraq qalır, lakin bu, keçilməz deyil.

Zəif görünmək qorxusu Trampı Putinə tam təslim olmaqdan çəkindirə bilər. Putin görünmək istədiyi qədər toxunulmaz deyil. Putinin parlaq strateq imici zəif planlaşdırılan və uğursuz müharibə fonunda çökməkdədir.

Rusiya iqtisadiyyatının aldadıcı rifahı ifşa oluna bilər və Ukraynanın müttəfiqləri bu şansdan istifadə edərək sanksiyalar təzyiqini həddi aşmalıdır.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 May 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri