Icma.az
close
up
RU
Ərdoğan və Trampın birgə sülh axtarışı

Ərdoğan və Trampın birgə sülh axtarışı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara ilə Vaşinqton Rusiya və Ukraynanı güzəşt və etimada çağırır

Martın 16-da Türkiyə və ABŞ prezidentləri arasında telefon bağlantısı olub. Liderlər bir çox aktual ikitərəfli və qlobal problemləri müzakirə ediblər. Ankara hesab edir ki, Rusiya ilə Ukrayna arasında mənasız müharibəyə mütləq son qoyulmalıdır. Ağ ev tərəflər arasında 30 günlük atəşkəsə cəhd etməklə düzgün yol seçib.

Qeyd edək ki, hazırkı məqamda Ukrayna böhranının həlli üçün Vaşinqtonun Ankara ilə fikir mübadiləsi aparması təsadüfi sayıla bilməz. Cənab Tramp müdrik və xarizmatik dövlət adamı olan Rəcəb Tayyib Ərdoğana rəğbətlə yanaşdığını gizlətmir. Eyni zamanda, Türkiyənin regiondakı kifayət qədər siyasi və hərbi gücü gözardı edilə bilməz.

Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən böyük silahlı qüvvələrə malik ölkədir. Ağ ev üçün Ankaranı yanında görmək son dərəcə vacibdir. Nəzərdən qaçırmaq olmaz ki, ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında xeyli soyuqluq yaranıb. Aİ sülh danışıqları prosesinə dəvət olunmayıb və bu amil “Köhnə qitə”də Vaşinqtona qarşı etimadı azaldıb.

Avropanın şərqində vəziyyət gərgin olaraq qalır. Rusiyanın Ukraynaya hücumundan artıq 3 ildən bir qədər artıq vaxt keçir. Bu, dünyada miqyasına görə İkinci Dünya müharibəsindən sonra ən böyük savaşdır. Həm də ağır, tükəndirici müharibədir. Cəbhənin təmas xətti 2 min kilometrdən çoxdur. İki xalq arasında düşmənçilik son həddə çatıb.

Səudiyyə Ərəbistanında müxtəlif formatda aparılan danışıqlar, hələlik, arzu olunan nəticələri vermir. Cəbhənin təmas xətti boyunca ağır döyüşləri, hələlik, saxlamaq mümkün olmur. Bir çox siyasi təhlilçilər düşünür ki, qlobal güclər çağdaş dünyada münaqişələrin məqbul nizamlanma mexanizmini tapa bilmirlər. Belə ki, köhnə qanunlar işləmir, yeni qaydalar isə yoxdur.

Görünən budur ki, Ukrayna böhranı dünyadakı siyasi və hərbi proseslərin məhək daşına çevrilib. Planetimiz hazırda yol ayrıcındadır. Dünya ya sivil, bəşəri qaydalarla, ya da gücə, zora tapınaraq idarə olunacaq. Amma Ukraynada ağır döyüşlərin nə vaxt bitəcəyini gözləmək insanlığa ziddir.

Vəziyyətdən çıxış yolunu isə mütləq tapmaq lazımdır. Yeni dünya düzəni ilə bağlı bir çox təklif bu yöndədir. Türkiyə dövlətinin diplomatik səyləri bu baxımdan diqqəti daha cəlbedici edir. Ankaranın yanaşması kifayət qədər praqmatik və humanistdir. Belə ki, Türkiyə dövləti döyüşləri dərhal dayandırmağı və danışıqları ölkələrin ərazi bütövlüyünü qorumaq şərti ilə aparmağı təklif edir.

Ankara bu istiqamətdə uğurlu nəticələrə ümid edir. Bunu Liviyanın, Qətərin, Suriyanın timsalında görmək olar. Türkiyə Rusiya–Ukrayna savaşının bitməsi üçün də öz töhfəsini vermək stəyir. Bu ölkə regionda sülhün və sabitiyin bərqərar olunmasında maraqlıdır. Ən azı ona görə ki, bu hadisələr onun sərhədləri yaxınlığında baş verir.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranı başlanan gündən məsələnin diplomatik yolla həlli üçün ciddi səylər ortaya qoymuşdu. 2022-ci ilin yayında tərəflər İstanbulda sülh sazişinə çox yaxın idilər. Əgər bu prosesə bir çox Qərb dövlətləri mane olmasaydılar, münaqişə tezliklə başa çata bilərdi.

Ankara Rusiya–Ukrayna müharibəsinin diplomatik yolla həlli üçün yenidən ciddi səylər ortaya qoyur. Türkiyənin xarici işlər naziri Hakan Fidan “TV1000” telekanalına müsahibəsində deyib ki, Türkiyə Ukrayna böhranının həlli naminə optimal təkliflər hazırlayaraq tərəflərə göndərib. Ankara bütün formatlarda sülh prosesinə töhfə verməyə hazırdır.

Türkiyə haqq və ədaləti təkcə özü üçün istəmir, bunu bütün dünya üçün arzulayır. Region dövlətləri silahların susması və insan ölümlərinə son qoyulması üçün ciddi güzəştlərə getməyə hazır olmalıdırlar. Türkiyə Prezidenti məhz bunu arzulayır və çağırışlar edir. Ankaranın sülhyaratma təklifləri dünya xalqları tərəfindən də müsbət qarşılanır.

Ankara belə bir arqumentdən çıxış edir ki, Rusiya – Ukrayna müharibəsi dünyada qütbləşməyə səbəb oldu. Müharibənin bitməməsi ölkələri qarşı-qarşıya qoyub. Yəni müharibənin əhatə dairəsi bu qədər genişdir. Bəşəriyyətin taleyi ilə oynamaq olmaz. Bugünkü və gələcək nəsilləri gözləyən təhlükələri düşünmək və ağıllı qərarlar qəbul etmək lazımdır.

Türkiyə və ABŞ prezidentləri arasındakı telefon bağlantısında qaldırılan problemlər tezliklə müsbət həllini taparsa, regionda sülh və sabitliyi təmin etmək üçün əlverişli vəziyyət yarana bilər. Unutmaq olmaz ki, bütün savaşlar sülhlə bitir. Sülhə aparan yol nə qədər qısa olsa, bəşəriyyət bir o qədər çox qazanar.

M.HACIXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri