Ərdoğan: Zəngəzur dəhlizi bütün region üçün sülh layihəsidir
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Dəyəri 2,4 milyard avro olan bu layihənin istifadəyə verilməsi ilə Çindən Böyük Britaniyaya beynəlxalq ticarət yolu daha səmərəli olacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Zəngəzur keçidi bütün regionumuz üçün sülh layihəsidir. Bunun həyata keçirilməsi ilə Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni bir ölçü alacaq”, - dövlət başçısı bildirib.
Ərdoğan artıq təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin Zəngəzur dəhlizinin onurğa sütunu olacağını vurğulayıb:
“Bu yol iki xətli olacaq, elektrikləşdiriləcək və siqnalizasiya ilə təmin olunacaq. Bu xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıyacaq. Dəyəri 2,4 milyard avro olan bu layihənin istifadəyə verilməsi ilə Çindən Böyük Britaniyaya beynəlxalq ticarət yolu daha səmərəli olacaq. Layihə həmçinin Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 25 Avqust 2025 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















