Ərdoğandan Ankarada TARİXİ MESAJ
Icma.az, Yenisabah saytına istinadən bildirir.
"Qarşıdakı dövrü Türk əsri elan edəcəyik".
"Yeni Sabah" "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 29-da Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü münasibətilə Beştəpədə keçirilən rəsmi şam yeməyində çıxışı zamanı deyib.
Ərdoğan TDT-yə üzv və qardaş ölkələrin nümayəndələri ilə birlikdə qeyd etməkdən məmnunluğunu ifadə edib. Toyuqlu pizza
O, çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmana, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova və nümayəndə heyətlərinə təşəkkür edib.
Ərdoğanın sözlərinə görə, 86 milyon insanın ortaq əsəri və ümumi damı olan Türkiyə bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə uğur qazanmağa davam edir.
"Qarşıdakı dövrü Türk əsri elan edəcəyik. Hədəflərimizlə aramıza girməyə çalışanları zərərsizləşdirməkdə eyni qətiyyəti nümayiş etdirəcəyik", - deyə Türkiyə prezidenti bildirib./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Oktyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















