Ərdoğandan Kahramanmaraşda duyğulandıran çıxış: “Sizdəki yaranın özü bizdədir”
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda keçirilən tədbirdə qardaş Azərbaycanla bağlı duyğulandıran çıxış edib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu şeiri Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi zamanı səsləndirib.
Prezident zəlzələdən sonra Azərbaycanın bölgədə həyata keçirdiyi bərpa layihələrinə təşəkkürünü bildirərək, Azərbaycan xalqının dərdinə şərik olduqlarını poetik şəkildə ifadə edib:
“Baxtına ağlayan azəri qızı
Sən Qarabağ deyirsən, mən qarayazı
Boşluqda çırpınır Türkün avazı
Sanma ki, dərdlərin azı bizdədir
Sizdəki yaranın özü bizdədir”.
Ərdoğanın bu misraları tədbirdə iştirak edənləri duyğulandırıb, zaldan alqışlar səslənib. Prezident bildirib ki, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq təkcə siyasi və iqtisadi deyil, həm də ürəkdən gələn, dərdləri bir edən mənəvi bağlardır.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 19 İyun 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















