Icma.az
close
up
RU
Ərdoğandan tarixi çıxış: Mübarizəmizi davam etdirəcəyik

Ərdoğandan tarixi çıxış: Mübarizəmizi davam etdirəcəyik

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AK Partiyanın ənənəvi Kızılcahamam müşavirə düşərgəsində geniş və tarixi çıxış edib. Dövlət başçısının nitqində terrorla mübarizə, milli birlik və bölgə siyasətinə dair vacib mesajlar yer alıb.

Milli.Az xəbər verir ki, Prezident Ərdoğan çıxışında 1984-cü ildən bu yana Türkiyənin terror səbəbilə verdiyi böyük itkiləri xatırladaraq bildirib ki, təkcə 10 minə yaxın təhlükəsizlik əməkdaşı şəhid olub. O, bəzi açılmamış cinayətlər və dövlətin keçmişdəki yanlış davranışlarının da terrorun tam aradan qaldırılmasına əngəl olduğunu etiraf edib.

PKK-çıların tərksilah olmasının GÖRÜNTÜLƏRİ - Silahlar yandırıldı - FOTO

Ərdoğan: "Ağ Toroslar, açılmamış cinayətlər və bəzi qeyri-qanuni fəaliyyətlər bu mənzərədə rol oynadı. Terrorun kökü hələ tam kəsilməyib," - deyə vurğulayıb.

Prezident çıxışında həmçinin Srebrenitsa soyqırımının 30-cu ildönümünü xatırladaraq, Bosniyalı qardaşlarının yanında olduqlarını bildirib və "Oxşar əzabların bir daha yaşanmaması üçün mübarizəmizi davam etdirəcəyik," deyə qeyd edib.

Duyğusal anlar da yaşanan çıxışda Ərdoğan baş məsləhətçisi Yiğit Bulutun vəfatını da açıqlayaraq, mərhumun xatirəsinə Fatihə oxunmasını istəyib.

Sonda Prezident ölkənin gələcəyi ilə bağlı ümidlərini bölüşüb:

"Ümid edirəm ki, terrordan azad Türkiyə yolunda atılan bu addım faydalı olacaq. Allah bizə millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülh üçün hədəflərimizə çatmağı nəsib etsin."

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri