Icma.az
close
up
RU
Ərdoğandan Trampın təklifinə dəstək

Ərdoğandan Trampın təklifinə dəstək

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq məqsədilə apardığı "ciddi və birbaşa təşəbbüsləri" dəstəkləyir.

Bakupost.az xəbər verir ki, bu barədə The New Voice of Ukraine bildirir.

Regional və qlobal proseslərin Türkiyə ilə ABŞ arasında sıx məsləhətləşmələri zəruri etdiyini qeyd edən Prezident Ərdoğan müharibənin başladığı gündən bəri Türkiyənin ədalətli və davamlı sülhə sadiq olduğunu və bunu təmin etmək üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Martın 6-da Türkiyənin Müdafiə Nazirliyindəki bir mənbə Reuters-ə bildirib ki, əgər atəşkəs əldə olunarsa, ölkə Ukraynada mümkün sülhməramlı missiyada iştirak edə bilər.

Martın 7-də Ərdoğan bildirib ki, Rusiya və Ukrayna arasında ədalətli və sabit bir sülhün əldə olunması üçün hər iki tərəfin danışıqlara başlaya bilməsinə imkan verəcək “güclü diplomatik əsas” qurulmalıdır.

Martın 12-də isə Ərdoğan, ABŞ-ın Ukrayna ilə 30 günlük atəşkəs təklifi ilə bağlı Rusiyadan konstruktiv bir cavab gözlədiklərini ifadə edib.

ABŞ-ın Ukrayna üçün atəşkəs təklifi

ABŞ nümayəndələri 30 günlük atəşkəs təklifini martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə keçirilən danışıqlarda irəli sürüblər. Prezident Volodimir Zelenski Ukraynanın müvəqqəti barışığa açıq olduğunu bildirib.

Martın 13-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov atəşkəs təşəbbüsünü rədd edərək, bunu “Ukrayna qüvvələri üçün sadəcə bir fasilə” adlandırıb və Rusiyanın “yalnız sülh cəhdlərini imitasiya edən addımlara ehtiyacı olmadığını” iddia edib.

Həmin gün Rusiya lideri Vladimir Putin Moskvanın Ukraynada atəşkəsi qəbul etməyə hazır olduğunu desə də, bununla bağlı “bəzi nüanslar” olduğunu əlavə edib.

Putinin bu açıqlamasına reaksiya verən Donald Tramp Rusiyanın cavabını “ümidverici, lakin natamam” adlandırıb. Eyni zamanda, Zelenski Putinin sözlərini manipulyasiya cəhdi kimi qiymətləndirib və bunların "atəşkəs ideyasını tamamilə rədd etməyə hazırlıq" olduğunu bildirib.

Elmina Qasımova, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Mart 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri