Icma.az
close
up
RU
“Ərdoğanın Bakıya səfəri regional siyasi dövrün başlanğıcıdır”

“Ərdoğanın Bakıya səfəri regional siyasi dövrün başlanğıcıdır”

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıya səfəri həm simvolik, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu səfər təkcə iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini nümayiş etdirmir, həm də regionda formalaşan yeni siyasi düzənə dair ciddi mesajlar verir”.

Bunu Milli Məclisin deputatı Elnarə Akimova “Xalqcəbhəsi.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ərdoğanın Zəfər Günü Bakıya gəlişi Türkiyənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyinin növbəti dəfə təsdiqidir: “Bu səfər bir millət, iki dövlət prinsipinin formal şüar olmadığını, əksinə real siyasi məzmun daşıdığını göstərir. Türkiyə lideri bu addımı ilə həm Azərbaycan xalqının qələbə sevincini bölüşür, həm də Türk dünyasının birliyinin sarsılmaz olduğunu nümayiş etdirir. Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində milli kimliyin və siyasi iradənin bərpası kimi xüsusi yer tutur. Ərdoğanın həmin gün Bakıda olması bu böyük tarixi hadisəyə həm mənəvi, həm də siyasi dəyər qazandırır. Bu, həm də Türk dünyasına açıq mesajdır ki, regionun gələcəyi türk dövlətlərinin koordinasiyası və həmrəyliyi üzərində qurulur. Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb. Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə bölgədə yeni güc balansı yaradıb. Rusiya və İran təsir imkanlarını itirir, Qərb isə proseslərə daha passiv yanaşır. Belə şəraitdə Bakı və Ankara regional sabitliyin və təhlükəsizliyin əsas dayağıdır”.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələr təkcə nəqliyyat xətlərini deyil, Türk dünyasının iqtisadi və strateji inteqrasiyasını təmin edən mühüm elementlərdir: “Türk Dövlətləri Təşkilatı da artıq ideoloji platformadan real iqtisadi-strateji bloka çevrilir. Bu səfər həmin prosesi daha da gücləndirir. Ərdoğanın Bakıya səfəri təkcə Zəfər Gününə ehtiram deyil, həm də yeni regional siyasi dövrün başlanğıcını ifadə edir. Azərbaycan və Türkiyə artıq paralel inkişaf edən iki dövlət deyil, ortaq güc mərkəzi kimi çıxış edir. Bu gün Zəfər Günü bütövlükdə Türk dünyasının gələcəyə addımının rəmzidir”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Noyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri