Ərdoğanın bəyanatı fərqli yozuldu Türkiyə böyük bəlaya düçar ola bilər
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Birinci Dünya müharibəsindən sonra şərtlər fərqli olsaydı, Hələb, İdlib, Həma, Dəməşq, Rakka bizim olacaqdı” fikri hələ də müzakirə edilir. Bu, Suriyanın bir hissəsinin Türkiyəyə birləşdiriləcəyinin sonunsu kimi yozulur.
Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsmeddin İnac deyib ki, Ərdoğanın məlum açıqlaması Suriya ilə Türkiyə arasında dövlət sərhədinin 1915-ci ildə Britaniya və Fransa tərəfindən süni şəkildə çəkilməsinə eyhamdır:
“Bu, həqiqətən belədir. Vaxtilə çəkilən bu xəritə ilə regionda qarışıq şəkildə yaşayan kürd, türkmən, ərəblər ayrı düşdü. Lakin bu o demək deyil ki, R.T.Ərdoğan bu sözləri ilə Suriya ərazilərinə haqq iddia edir. Türkiyənin heç bir ölkənin bir qarış torpağında gözü yoxdur.
Hüsmeddin İnac
1951-ci ildə sərhədlərin dəyişməzliyi razılaşmasına görə, bu kimi hallar qadağandır. Belə bir təşəbbüs bütün hallarda Türkiyənin başını bəlaya salar. Dünya ictimaiyyəti belə bir şeyə səssiz qalmaz”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 Dekabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















