Icma.az
close
up
RU
Ərdoğanın gözlənilən səfəri Türkiyə qarşıdurmaya hazırdır

Ərdoğanın gözlənilən səfəri Türkiyə qarşıdurmaya hazırdır

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra oradakı qaydalar dəyişib və yeni reallıqlar yaranıb. Bu yeni reallıqlar nəticəsində Türkiyə Suriyada bir neçə mühüm nəticəyə nail olub”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri ilə bağlı danışarkən deyib.

O bildirib ki, hazırda Rusiya və İsrailin Suriyada təsir imkanları zəifləyib, Türkiyənin isə təsir imkanları artıb:

“Bunların fonunda Türkiyənin təhlükəsizlik qayğıları təmin olunub. Çünki rəsmi Ankara uzun illərdir, PKK/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı mübarizə aparırdı. Həmin terror təşkilatlarının əsas bazaları Suriyada və İraqın şimalında idi. Əsəd rejimi Türkiyənin həmin terrorçulara qarşı mübarizəsində Ankaraya dəstək vermirdi. Hakimiyyət dəyişikliyindən sonra, görünür, Suriya Türkiyə ilə əməkdaşlıqda konstruktiv mövqe ortaya qoyub. Hətta hakimiyyət dəyişikliyindən əvvəl bununla bağlı razılıq əldə olunmuş, Əhməd ər-Şaradan vəd alınmışdı. Vədin müqabilində onun hakimiyyətə gəlişi üçün dəstək də verildi. Bundan sonra Dəməşq-Ankara münasibətlərində yeni mərhələ başlandı. Türkiyənin yüksək səviyyəli rəsmilərinin Suriyaya səfəri baş tutdu. Ardınca Əhməd ər-Şara IV Antalya Diplomatiya Forumunda iştirak etmək məqsədilə Türkiyəyə getdi”.

K.Novruzovun sözlərinə görə, Ərdoğanın Suriyaya səfəri diplomatik etiket baxımından gözləniləndir:

“Səfərin tarixi açıqlanmayıb, çox güman ki, müəyyən məsələlər razılaşdırılıb, düzgün məqam seçiləcək. Səfər təkcə ikitərəfli xarakter daşımır. Burada İsrail, Rusiya və ABŞ-ın Suriya ilə bağlı mövqeləri nəzərə alınacaq. Beləliklə, Suriya səfəri çərçivəsində konkret məsələlər müzakirə edilə bilər. Növbəti proses İsrailin Suriya ilə bağlı planlarının qarşısının alınması olacaq. Türkiyənin Suriya ilə təmasları İsraillə birbaşa toqquşmanın qarşısının alınmasına hesablanıb. Rəsmi Ankara özünün təhlükəsizlik maraqları naminə İsraillə qarşıdurmadan da çəkinməyəcək. Lakin hazırkı məqamda bunun baş tutması gözlənilmir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri