Icma.az
close
up
RU
Ərdoğanın gözlənilən Suriya səfəri: Türkiyə lideri hansı mesajı verəcək?

Ərdoğanın gözlənilən Suriya səfəri: Türkiyə lideri hansı mesajı verəcək?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ərdoğanın bu səfərilə Türkiyə ilə Suriya arasındakı münasibətlər zirvəyə daşınacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya gözlənilən səfərini şərh edərkən deyib.

"Türkiyənin Suriyaya dəstəyi artıq ortadadır. MİT başqanı Suriyaya səfər edərək, Əməvi məscidində namaz qılaraq, dua edib. Bu da verilən ən böyük mesaj idi. İkinci səfər isə XİN rəhbəri Hakan Fidan səviyyəsində baş tutub. O açıq şəkildə Türkiyənin Suriyaya birmənalı dəstəyini ortaya qoydu. Düşünürəm ki, bu səfərlərin gedişində bütün prioritet sahələr üzrə razılıq əldə olunub", deyə Natiq Miri bildirib.


Ekspert qeyd edib ki, Ərdoğanın bu səfəri mühüm siyasi hadisə kimi yaddaşlarda qalacaq:

"Bu mənada prezident Ərdoğanın Suriyaya səfəri ciddi hadisə olacaq. Əsəd devriləndən sonra bu Suriyaya ilk dövlət başçısının səfəridir. Həmin səfər ciddi siyasi hadisə olacaq. Səfər Suriya adına ciddi dəstək olmaqla yanaşı dünyaya mesajdır ki, artıq bu ölkəyə gediş-gəliş qapısı Ərdoğanın ora səfərilə açılır".

Həmsöhbətimiz düşünür ki, bu səfər həm də Suriyaya ediləcək bütün yardımların önünü açacaq:

"Ərdoğan Dəməşqdə bu yöndə ciddi açıqlamalar verəcək. Həmçinin, səfər çərçivəsində Suriyanın ayağa qalxması üçün mütəxəssislərin prosesə cəlb olunması ilə bütün sahələr üzrə yardımların edilməsi, iqtisadi sahədə əməkdaşlıq, yeni konstitusiyanın qəbulu, demokratik seçkilərin keçirilməsi, ölkənin bütöv dövlət olaraq qalması kimi məsələlər ətrafında müzakirə aparılacaq və qərarlar qəbul ediləcək".

Natiq Mirinin fikrincə, Ərdoğanın səfərilə prioritet istiqamətlər müəyyən olunandan sonra artıq Qərb dünyasında ortalığı qarışdırmaq və buradan pay qoparmaq istəyənlərin əlindən bütün bəhanələr də alınacaq:

"Nəticədə, ABŞ, Avropa İttifaqı, Çin, Rusiya və İran olmaqla bir çox siyasi güclər də Suriya ilə gələcək münasibətləri normal məcraya daşımaq üçün yardım prosesində iştirak edəcəklər. Ərdoğanın  səfəri də bu mənada həmin prosesə təkan verəcək. Bu səfərlə Suriyada legitimlik məsələsi və yaxud hansısa qorxulu rejimin mövcudluğu kimi anlayışlar aradan qalxacaq".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir. Bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib. 

O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür. Lakin diplomat Ərdoğanın mümkün səfərinin  tarixini açıqlamayıb. 

Bundan əvvəl Türkiyənin XİN rəhbəri Hakan Fidan Dəməşqdə olub. Ondan əvvəl isə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri