Ərdoğanın Gürcüstana səfəri gözlənilir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Gürcüstana səfər edə bilər.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə ilk rəsmi səfərini qiymətləndirərkən deyib.
“Gözləyirik ki, yaxın gələcəkdə Türkiyə Prezidentini qəbul etmək imkanımız olacaq, mən və türkiyəli həmkarım bunun üzərində işləyəcəyik”, - Boçorişvili deyib.
XİN başçısı yaxın gələcəkdə Türkiyə Böyük Millət Məclisinin sədrinin Gürcüstana səfərinin planlaşdırıldığını qeyd edib.
“Bu, iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə aparılmasında və parlamentlər arasında əməkdaşlığın gücləndirilməsində irəliyə doğru daha bir addım olacaq”, - deyə Maka Boçorişvili bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Fevral 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















