Icma.az
close
up
RU
Laçın aeroportu nə vaxt açılacaq? Ərdoğanın səfəri GÖZLƏNİLİR

Laçın aeroportu nə vaxt açılacaq? Ərdoğanın səfəri GÖZLƏNİLİR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Onun may ayında ölkəmizə gələcəyi bildirilib. Səfərin dəqiq tarixi açıqlanmayıb.

Ərdoğanın Qarabağa səfər edəcəyi də bildirilir. Onun Laçına gedəcəyi barədə xəbərlər yayılıb.

Modern.az-a açıqlamasında Milli Məclisin Laçından olan deputatı Rövşən Muradov ehtimal edir ki, Ərdoğanın səfəri 28 May - Müstəqillik Gününə təsadüf edə bilər.

“Ərdoğanın Laçın səfəri çox güman ki, 28 May - Müstəqillik Gününə təsadüf edə bilər”, - o deyib.

Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı hesab edilən Laçın aeroportunun bu il istifadəyə veriləcəyi gözlənilir. Bu barədə xəbəri yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev açıqlayıb. Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının da may ayında istifadəyə veriləcəyi gözlənilir. Artıq hava limanında bir neçə sınaq uçuşları edilib.

“44 günlük Vətən müharibəsi zamanı bir sıra ölkələr Azərbaycanın yanında oldu. Onlardan ən əsası bizim qardaş dövlətimiz Türkiyədir. Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğanın Laçına səfəri bizim üçün əlamətdar hadisə olacaq. Düşünürəm ki, bu hadisə elə beynəlxalq hava limanının açılış gününə həsr oluna bilər", - deputat belə deyib.

28 Mayda Laçın Beynəlxalq Hava Limanının açılışı gözlənilir

O əlavə edib ki, 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışına şahidlik edə bilərik:

"Yəqin ki, protokol olacaq və laçının deputatı olduğum üçün mən də orada iştirak edəcəm. Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışının nəzərdə tutulduğunu düşünürəm. Belə bir məlumatlar almışam ki, həmin gün bu hadisə baş verə bilər. Laçın Beynəlxalq Hava Limanının açılışı bu ay olacaqsa, yəqin, mayın 28-ə təsadüf edə bilər. Mən belə düşünürəm. Başqa gün də ola bilər. Bu, mənim şəxsi fikrimdir".

R.Muradov Laçın Beynəlxalq Hava Limanının əhəmiyyətindən də söhbət açıb:

"Laçında eyni zamanda otel açılacaq. 5 ulduzlu yaxşı bir otel açılır. Beynəlxalq Aeroport elə-belə bir şey deyil. Siz bilirsiniz ki, Laçın  Azərbaycanın səngər qalasıdır. Ona görə də aeroportun strateji əhəmiyyəti var. Ümumiyyətlə, Laçın özü Zəngilandan, Qubadlıdan fərqli olaraq strateji rayondur. Bu aeroportun  açılması bizim müdafiəmiz üçün də önəmli olacaq. İşğaldan azad olunmuş ərazilərdə quruculuq, abadlıq işləri aparılır. Bu zona ümumilikdə turizm mərkəzinə çevriləcək. Xarici qonaqlar bura gələndə Füzuli aeroportuna enirlər, Zəngilana gələ bilirlər. Amma oradan məsafə uzaqdır. Amma Laçın Hava Limanına eniş, artıq çox gözəl olacaq. Yəqin ki, 1 saat və ya 45 dəqiqə ərzində Bakıdan bura təyyarələr gələcək və insanların axını artacaq. İndi çox insanlar istəyir ki, öz maşını ilə ora getsin. Burada yaşlı nəsil var, digər xəstə insanlar var bunların gəlib getməsi biraz çətin olur. Laçına yolların ucbatından həmişə az adam gəlib-gedərdi. İndi isə Laçının özü də yolları da qşəngdir. Bir sözlə, bu həm strateji, həm də turizmin inkişafı baxımından öz əhəmiyyətli töhfəsini verəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri