Icma.az
close
up
RU
Ərdoğanın komandasında türklük və turançılıq amalı yoxdur

Ərdoğanın komandasında türklük və turançılıq amalı yoxdur

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəni idarə edən zehniyyət haqqında Azərbaycanda inanılan və bir çoxu uydurulmuş hekayələr yavaş-yavaş boşa çıxır.

“Bunlar bütün məzlum müsəlmanlara sahib çıxır və İslam dünyasını birləşdirməyə çalışırlar” düşüncəsi var idi. İndi azərbaycanlılar öyrənirlər ki, əslində “Müsəlman qardaşlar”ın Türkiyə şöbəsi olan AKP dar məzhəbçi anlayışın təmsilçisidir və bu təfəkkür sünnilik xaricindəki digər islami məzhəb və cərəyanları kafir sayır”.

Gununsesi.info xəbər verir ki, bunu t siyasi şərhçi Şahin Cəfərli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  “Şah İsmayıl həm daxildən, həm də xaricdən vətənimizi sarsıtdı, silkələdi, amma biz ‘eyvallah’ demədik” fikirlərini şərh edərkən deyib.

Cəfərlinin sözlərinə görə, bu cür faktlar insanların “Böyük  Turan” düşüncəsinin də nağıl olduğunu göstərir: “İndi azərbaycanlılar öyrənirlər ki, yox, bu siyasi komandada türklük və turançılıq amalı yoxdur, onlar hətta Türkiyədəki qeyri-sünni türklərə ikinci sort insan kimi baxırlar. 

“Bunlar Amerikaya, Qərbə, yeri gələndə bütün dünyaya meydan oxuyurlar, halal olsun” düşüncəsi var idi. İndi azərbaycanılar görürlər ki, yox, bunlar sabit siyasi xətti olmayan, beynəlxalq konyuktura uyğun olaraq mövqeyini sürətlə dəyişən, çox rahat U dönüşləri edən, maraqları tələb edəndə bir dönəm avrasiyaçı, başqa dönəm amerikanist-qərbçi olan klassik Orta Şərq təkiyyəçiləridir. 

“Bunlar Türkiyəni çox inkişaf etdirdilər, gücləndirdilər, daxildə və xaricdə Türkiyəyə qarşı olan qüvvələrə qarşı uğurla mübarizə apardılar, CHP gəlsə, PKK-ya meydan açacaqdı, kürdlərə muxtariyyət verəcəkdi…” düşüncəsi var idi. CHPKK yazırdılar. İndi azərbaycanlılar şahid olur ki, seçki kampaniyasında CHP və Kılıçdaroğlunu kürd məsələsi ilə bağlı nədə ittiham edirdilərsə, hamısını özləri icra etməyə başlayıblar. (Yeri gəlmişkən, Suriyada PKK-nın qolu PYD-YPG öndərliyində kürd muxtariyyəti qurulur, AKP və MHP buna razılıq verib. CHP də gəlsə, bu prosesi əngəlləyə bilməyəcəkdi, ona görə də bu dönəm hakimiyyətdən kənarda qalması CHP-nin xeyrinədir). Ölkəni nəinki gücləndirməmiş, əksinə, hərtərəfli dərin böhran girdablna sürükləmiş AKP-MHP koalisiyasının səsləri artıq seçki qazanmağa yetmir, ona görə PKK lideri Öcalanla ittifaq yaradıblar. Nədənsə, əhalisinin 100 faizə yaxını kürd olan vilayətlərdə yox, məhz Azərbaycan türklərinin kompakt yaşadığı İğdırda vilayət bələdiyyəsinin binası üzərindən türkçə lövhə endirildi və yerinə həm türk, həm də kürd dilində yazılmış lövhə asıldı. Artıq Öcalanın dəstəyi ilə Konstitusiya dəyişikliyinə hazırlıq gedir. Ərdoğanın niyyəti prezidentlik müddətini sıfırlamaq və ölənə qədər hakimiyyətdə qalmaqdır, Öcalanın da təbii ki, öz şərtləri var.  

“CHP və Türkiyə solçuları Amerikanın uşaqlarıdır, bunlar hakimiyyətə gəlsələr, Qərbin sifarişlərini yerinə yetrəcəklər” düşüncəsi var idi. İndi azərbaycanlılar görürlər ki, CHP-nin prezidentliyə namizədi zindana atılır və partiya özü əzilir, ABŞ-dan, Britaniyadan səs çıxmır və örtülü dəstək var, Avropada isə yalnız bəzi sol partiyaların cılız etirazları eşidilir. Eyni zamanda, azərbaycanlılar görürlər ki, Amerikaya, Qərbə meydan oxuduğunu hesab etdikləri lider ölkənin ən strateji postlarına (Mərkəzi Bank, Xəzinə və Maliyyə Nazirliyi) ABŞ və Britaniya vətəndaşlarını təyin edib…  

Azərbaycanda Türkiyə siyasəti haqqında çox məhdud və olduqca səthi təsəvvürlər, məlumatlar var. Bir az dərindən oxuyub öyrənənlər bilir ki, soyuq müharibə dövründən bəri Türkiyədə islamçılığı və millətçiliyi ABŞ yönləndirib. Türk solu isə hər zaman ABŞ-ın hədəfində olub və əzilib. Ecevitin Ağ Evdə Klintonla bərabər çəkilmiş məşhur fotosunu (Klinton divanın başında oturub, Ecevit isə ayaqdadır) bu gün də paylaşıb, bunu Ərdoğandan öncəki Türkiyənin acizliyi kimi qələmə verənlər Ecevitin baş nazirliyi dövründə Türkiyənin ABŞ-a meydan oxuduğunu, Kıbrısa ordu yeritdiyini, xaşxaş mübahisələrini və ən əsası – Ecevitin hakimiyyətinin sonları, Dəmirəlin idarəçiliyinin başlanğıcında ABŞ hərbi bazalarının Türkiyədən çıxarılması kimi çox cəsur və riskli qərarın qəbul edildiyini bilmirlər. 

Şah İsmayıl məsələsinə gələsi olsaq, Türkiyədə bu gün də ələvi (qızılbaş) əhaliyə qarşı örtülü diskriminasiya var. Ələvilərin əksəriyyəti Anadolu və indiki İran coğrafiyasında var olmuş türk tayfalarının nəsilləridir. Kürd və ərəb ələvilər də var. Sayları milyonlarla olan, təhsil səviyyəsi yüksək bu əhali təbəqəsi təyinatlı dövlət vəzifələrinə yaxın buraxılmır. Nazir və digər üst dövlət vəzifələri bir yana qalsın, 81 vali (vilayət başçısı), 922 kaymakam (vilayətlərdəki ilçə-rayon rəhbərləri), əmniyyət (polis) müdirləri içərisində 1 nəfər də ələvi yoxdur. Məsələn, erməni kaymakam var. 

II Bayezid dövründə Osmanlı müftüsü Hamza Sarıgürz Nurəddin əfəndinin ələvi-qızılbaşlarla bağlı fitvası Türkiyədəki ümmətçiliyin qan yaddaşına hopub. 

Cümhuriyyət bütün insanların bərabərliyini təmin etdi, vətəndaşlıq hüququnu gətirdi, bu səbəbdən ələvilər Atatürkü çox sevir. Atatürk bəzi ələvilərin şüurunda Həzrəti Əliyə bərabər şəxsiyyət kimi qəbul olunur. Lakin təəssüf ki, Cümhuriyyət dövründə də ələvilərə qarşı təqiblər dayanmayıb. Maraş, Çorum, Sivas (Madımak), Qazi məhəlləsi olayları kimi qanlı hadisələr baş verib. Bu qırğınlar “dərin dövlət”ə bağlı ülkücü və islamçı qruplar tərəfindən törədilib. (Azərbaycanda, xüsusən müxalif çevrələrdə hələ də MHP-yə və ülkücülərə simpatiya var, çünki onları yaxından tanımırlar)”

Ekspert deyir ki, Türkiyədə sünni-hənəfilik qeyri-rəsmi üst kimlik olaraq qalır: “Onun xaricindəki islami məzhəb və cərəyanlar heterodoks islam kimi qəbul olunur. İslamçı təbəqə ələviləri ümumiyyətlə, müsəlman saymır”.

Afət Abbasova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 May 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri