Icma.az
close
up
RU
Ərdoğanın Asiya turnesi

Ərdoğanın Asiya turnesi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günündən başlayan Asiya turnesi çərçivəsində dünən Pakistanda olub. İslamabadda ali qonağı hörmət və ehtiramla qarşılayıblar. Bundan əvvəl isə qardaş ölkənin lideri Malayziya və  İndoneziyanı ziyarət edib.  

Diqqət yetirsək görərik ki, hər 3 ölkə əhalisinin sayına görə böyük müsəlman ölkələridir. Türkiyə liderinin məramı Yaxın Şərqin bir çox kəskin problemlərinin, xüsusilə, İsrail-Fələstin probleminin həllində bu dövlətlərin dəstəyini qazanmaqdır. Ankara bu və digər müsəlman dövlətlərinin Qərbin qərəzli basqıları qarşısında qüvvələri səfərbər etməyə çalışır. 

R.T.Ərdoğan İslamabadda Pakistan hökumətinin rəhbəri Nəvaz Şərif ilə bir sıra aktual məsələlər üzrə geniş müzakirələr aparıb. Danışıqların sonunda ən müxtəlif sahələr üzrə 24 müqavilə imzalanıb. Liderlər qeyd ediblər ki, iki ölkə arasında ötən il ticarət dövriyyəsinin həcmi 5 milyard dollara çatıb, lakin bu göstəricini artırmaq mümkündür. Belə ki, imkanlar daha böyükdür. Bunun üçün siyasi iradə var, yetər ki, hər iki tərəfdən iş adamları yeni təşəbbüslər təklif etsinlər.  

Qeyd etmək lazımdır ki, Türkiyə və Pakistan ənənəvi döst ölkələr sayılır və iki dövlət arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Pakistan sıradan bir ölkə deyil, böyük əhali resursları var, faktiki olaraq İndoneziyadan sonra əhalisinin sayına görə 2-ci ən böyük müsəlman dövlətidir. Belə bir faktı da gözardı etmək olmaz ki, Pakistan nüvə silahına malik olan yeganə müsəlman dövlətidir.  

Son illər dünyada mizan-tərəzi pozulub. Planetimizin çox yerində silahlar danışır,  vəkalət müharibələri bitib-tükənmir. Dünya yeni nizam axtarışındadır və böyük ehtimalla hazırkı qlobal qüvvələr nisbəti planetin gələcək siyasi xəritəsini cızacaq.  

Türkiyə ilə Pakistan arasında dostluq münasibətləri hər iki ölkə üçün son dərəcə böyük əhəmiyyəti kəsb edir. Xoşbəxtlikdən Böyük Turan ideyası reallığa çevrilir. ­Pakistanın əhalisi etnik cəhətdən türkdilli olmasa da, Türkiyənin ən yaxın dostlarından və etibarlı müttəfiqlərindən biridir. 

Pakistan Tükiyənin İraq və Suriyada PKK, YPG, İŞİD və FETO terroru ilə apardığı mücadiləni birmənalı olaraq dəstəkləyir. İslamabad Şimali Kipr probleminin ədalətli həllini tələb edir. Ankara da öz növbəsində Pakistana hərtərəfli  köməyini əsirgəmir. Beləcə, münasibətlər qarşılıqlı inam və etimad üzərində inkişaf edir. 

Yeri gəlmişkən, Pakistan bizim də yaxın dostumuzdur. İslamabad 44 günlük şanlı savaş zamanı, eləcə də 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatında birmənalı olaraq Bakını dəstəkləyib. Azərbaycan xalqı bunu unutmur və dost Pakistan xalqı ilə hərtərəfli əlaqələrini daha da gücləndirməyə çalışır. 

Bir məqamı da unutmaq olmaz. Çağdaş dünyada hərbi güc amili böyük önəm daşıyır. Bu, təəssüf ki, acı da olsa, bir reallıqdır. Qlobal problemlərin çözülməsində nüvə dövləti olan Pakistanı hesabdan heç kim silə bilməz. Türkiyə isə NATO-da ikinci ən böyük əsgəri gücə malik ölkədir. Beləliklə, bu iki dövlətin bir-birinə etibarı hər ikisinin qüdrətini artırır.

Prezident Rəcəb Tayyib Ərdoğan çağdaş dünya siyasətinin ən müdrik və xarizmatik liderlərindəndir. O, dəfələrlə Pakistanda səfərdə olub və hər dəfə də ən yüksək səviyyədə qarşılanıb. Bu dəfə də belə olub. Pakistanlılar deyirlər ki, dost gəlişi bayram olar! 

Təsadüfi deyil ki, Prezident R.T.Ərdoğan hər zaman olduğu kimi, bu dəfə də yüksək qonaqpərvərliyə görə Pakistan xalqına və dövlətinə öz dərin təşəkkürünü bildirib. Yeri gəlmişkən, Türkiyə liderinin Malayziya və İndoneziya səfərlərinin  də uğurlu olduğu barədə heç kimdə şübhə yoxdur. 

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see388

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see375

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see336

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see322

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see315

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see272

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see269

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see256

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see235

Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq NASA a alimindən Şərq ə MÜSAHİBƏ

01 İyul 2026 19:59see207

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see206

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see205

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see189

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see188

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see184

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see183

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see181

İndoneziyada hərbi hazırlıq proqramı faciədən sonra dayandırıldı

01 İyul 2026 04:17see175

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see171

Serialdakı gəlinlik manifest oldu Evlənəcək

01 İyul 2026 03:30see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri