Icma.az
close
up
RU
Ərdoğanın siyasi hakimiyyətini sarsıtmaq üçün bir proje ortaya atılıb RƏY

Ərdoğanın siyasi hakimiyyətini sarsıtmaq üçün bir proje ortaya atılıb RƏY

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Türkiyə Rəcəb Tayyib Ərdoğan faktoruna görə güclüdür. Türkiyədə Ədalət və İnkişaf partiyasnın (AKP) hakimiyyətdə olması Cənubi Qafqazın  təhlükəsizliyi üçün mühüm faktordur".


Bunu "Sherg.az"a açıqlamasında Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

Ekspert vurğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni beynəlxalq gücə çevirmək yolunda mühüm addımlar atır: 


"Ərdoğan Yaxın Şərqdə Türkiyəni əsas söz sahibi edib. Cənubi Qafqazda və Yaxın Şərqdə Rusiya-İran tamdeminə böyük zərbə vurub. Türkiyə 2003-cü ilə kimi ABŞ-nin təlimatı ilə hərəkət edib. Bugün müstəqil və onunla hesablaşan güclü Türkiyəni inkişaf etdirən məhz Ərdoğan faktorudur. Ərdoğan olmasaydı, CHP də inkişaf edə bilməzdi. Türkiyə silahlı qüvvələri CHP və siyasi hakimiyyət üzərində "domokl qılıncı" olaraq qalırdı. Türkiyə Ermənistana da təzyiqlər edərək Zəngəzur dəhlizini açacaq. Məhz Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinin üstündən Ankara xətt çəkir. Türkiyə prezidenti 40 illik PKK terror təşkilatına son verir".


Analitik vurğulayıb ki, belə həlledici məqamda Ərdoğanın siyasi hakimiyyətini sarsıtmaq üçün bir proje ortaya atılıb: 

""Sənin vaxtın keçdi Ərdoğan" deyən bələdiyyə başqanı İstanbulda hansı işlər görüb ki? 2003-cü ilə kimi Türkiyədə hərbi çevrilişlər və hökumət böhranları olub. Hansı demokratik quruluşdan söhbət gedir?! 2016-ci ildə növbəti hərbi çevrilişə əl atıldı. AKP Türkiyəni qaranlıq keçmişindən azad edib. Birinci Qarabağ müharibəsində Türkiyə ona görə Azərbaycana dəstək verə bilmədi ki, nə güclü ölkə idi, nə də müstəqil siyasi iradəyə malik lideri var idi. Qərbdən asılı bir ölkə idi. Helikopter verəcək gücdə deyildi. Ərdoğan isə F 16-ları Gəncəyə düzmüşdü. CHP Türkiyə Cümhuriyyəti yaradılandan meydandadır. 50 ildə edə bilmədiyini AKP 10 ildə edib, Türkiyəni müstəqil gücə çevirib. Beynəlxalq nizamın deqradasiyaya məruz qaldığı bir dönəmdə Ərdoğanın getməsi Türkiyənin zəifləməsi və forposta çevrilməsi deməkdir. Hazırda beynəlxalq müstəvidə "gücün varsa, haqlısan" deyimi ilə dünya idarə olunur". Türkiyədə demokratiyaya zərbə və iqtisadi inflyasiya deyənlər ABŞ və Avropa ölkələrinə nəzər salsınlar. AKP və onun lideri Ərdoğan olmasaydı, indiki güclü və beynəlxalq oyunçu olan Türkiyə olmazdı. 6 dəfə iqtidardan gedən, yeddi dəfə iqtidara yenidən qayıdan  demokratik quruluşlu Süleyman Dəmirəl hakimiyyəti Azərbaycana hərbi yardım edə bilmədi".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Mart 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri