Icma.az
close
up
RU
Ərdoğanın sərhədin açılması üçün Ermənistana şərti açıqlandı

Ərdoğanın sərhədin açılması üçün Ermənistana şərti açıqlandı

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hazırda Cənubi Qafqaz dünyaya daha çox açılma mərhələsindədir, ona görə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bu prosesin mühüm tərkib hissəsidir”.

Teleqraf xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.

“Əlbəttə, Türkiyə rəhbərliyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin müsbət nəticələnməsinin tərəfdarıdır, çünki bu, Ankaranın da xeyrinə olacaq, xüsusən də qonşu ölkə hökumətinin mühüm, strateji məqsədi Türkiyəni Qərblə Şərq arasında kommunikasiya qovşağına çevirməkdir. Bu yolla Ankara həm də Mərkəzi Asiya ilə maneəsiz əlaqə qurmaq imkanı da əldə edəcək. Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi onların bu marağı prizmasından da qiymətləndirilir”, - ekspert “Armenpress”ə müsahibəsində

Safrastyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün də zəmin yaranıb, bu da yuxarıda qeyd olunan məsələ ilə birbaşa bağlıdır:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və dövlət sərhədinin açılması prosesi yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra başlayacaq. Türkiyə bu mövqedən çıxış edəcək və yanaşmasını dəyişməyəcək. Buna baxmayaraq, Türkiyə Cənubi Qafqazdakı mövqelərinin son illərdə güclənməsində maraqlıdır və son illərdə Rusiyanın Ankaraya təsirinin yeni situasiyada güclənməsini dərk edir.

Rusiyanın regiondakı rolu zəifləyib, Türkiyəninki isə güclənib, ona görə də Ermənistan və Azərbaycan arasında planlaşdırılan sülh müqaviləsinin tezliklə imzalanması Türkiyə tərəfinin marağındadır”.

Türkoloqa görə, Türkiyə sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması istiqamətində real addımlar atmağa başlasa da, bunu mərhələli şəkildə həyata keçirəcək: “Ermənistanla münasibətlərin normallaşması prosesinin həm də yeni dəmir yolunun tikintisi ilə bağlı olacağı istisna edilmir, çünki Türkiyə tərəfi 220 kilometr uzunluğunda olan Qars-Naxçıvan dəmir yolunun tikintisini artıq öz üzərinə götürüb”.

Erməni ekspert əlavə edib ki, hazırda Türkiyənin siyasəti və qlobal strategiyası daha böyük regionları əhatə edir:

“Əgər bir neçə il əvvəl Cənubi Qafqaz Türkiyə üçün birinci dərəcəli əhəmiyyət kəsb edirdisə, indi görürük ki, bu ölkə daha əhatəli və ekspansionist siyasət yürüdür, eləcə də Yaxın Şərq, xüsusən də Suriyada rolunu artırmağa, daha da gücləndirməyə çalışır. Başqa sözlə, Qafqaz öz əhəmiyyətini saxlasa da, hazırda Türkiyə üçün Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycana ciddi təzyiq göstərməsi birinci dərəcəli əhəmiyyət kəsb etmir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri