Ərdoğanla Putin telefonda danışdı: Suriyada xaos deyil, əminamanlıq istəyirik
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Türkiyə Prezidenti Ərdoğan Rusiya prezidenti Putinlə telefonla danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, Suriyadakı son hadisələr, qlobal və regional məsələlər ətrafında müzakirə aparıblar.
Türkiyə mətbuatı yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini növbəti dəfə təkrarlayıb.
O, bununla yanaşı, Suriyada ədalətli və daimi həll üçün səy göstərdiyini, bölgədə diplomatiyaya üstünlük verilməsinin vacib olduğunu xüsusi vurğulayıb: "Bu prosesdə Suriya rejimi siyasi həll prosesinə işıq yandırmalıdır. İstəyimiz odur ki, son hadisələr kontekstində mülki əhali zərər görməsin. Biz Suriyada daha böyük xaos deyil, əmin-amanlıq görmək istəyir və bunun üçün əlimizdən gələni edirik".
Prezident Ərdoğan Suriyadakı xaosdan faydalanmağa çalışan terror təşkilatı PKK və onun uzantıları ilə mübarizədə qətiyyətli davranacaqları barədə əvvəlki bəyanatlarını da yeniləyib.
Lamiyə Əhmədli
MİA.AZ
Baxış sayı:138
Bu xəbər 03 Dekabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















