Icma.az
close
up
RU
Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə ərəb ölkələrində təhsil sahəsində baş verən dəyişikliklər beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Tanınmış təhsil eksperti Aisa Aslanova Aztv  kanalına verdiyi müsahibədə regionda təhsilin inkişaf istiqamətləri, xarici tələbələr üçün yaradılan imkanlar və universitetlərin beynəlxalq mövqeyi ilə bağlı ətraflı fikirlər səsləndirib.

Ekspertin sözlərinə görə, ərəb ölkələrində təhsilə maraq artıq ənənəvi sahələrlə məhdudlaşmır. Xüsusilə STEM ixtisasları, Süni İntellekt, Neft və Qaz mühəndisliyi, bərpa olunan enerji, biznes, menecment və fintech sahələri prioritet istiqamətlər kimi ön plana çıxır. Bir çox ölkə post-neft dövrünə hazırlıq məqsədilə texnologiya əsaslı ixtisaslara böyük investisiyalar ayırır. Bu yanaşma gənclərin qlobal əmək bazarında rəqabətqabiliyyətli kadrlar kimi formalaşmasına xidmət edir.

Aisa Aslanovanın bildirirdiyinə görə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı xarici tələbələri cəlb etmək üçün təhsil sistemlərini beynəlxalq standartlara uyğunlaşdırır. Bu ölkələrdə dünyanın aparıcı universitetlərinin filialları fəaliyyət göstərir, həmçinin dövlət səviyyəsində tam və qismən maliyyələşdirilən təqaüd proqramları təqdim olunur. Beynəlxalq tələbələr üçün vizaların sadələşdirilməsi, kampus şəraitinin yaxşılaşdırılması və tələbə yönümlü sosial mühitin yaradılması da bu siyasətin əsas tərkib hissəsidir.
Dövlət universitetlərində tədris əsasən ərəb dilində aparılsa da, texniki, mühəndislik və beynəlxalq proqramlarda ingilis dili əsas tədris dili kimi istifadə olunur. Xüsusilə magistratura və doktorantura pillələrində ingilis dilli proqramların üstünlük təşkil etməsi xarici tələbələrin inteqrasiyasını asanlaşdırır.

Eyni zamanda, multikultural akademik mühit tələbələrə fərqli mədəniyyətləri yaxından tanımaq imkanı yaradır.
Müsahibədə vurğulanıb ki, son illərdə ərəb ölkələrinin bir sıra universitetləri dünya reytinqlərində irəliləyib. KAUST (Səudiyyə Ərəbistanı), Qatar University, eləcə də BƏƏ-də yerləşən ali təhsil müəssisələri güclü elmi-tədqiqat bazası ilə seçilir. Dövlət tərəfindən ayrılan böyük maliyyə vəsaiti laboratoriyaların yenilənməsinə, tədqiqat layihələrinin maliyyələşdirilməsinə və beynəlxalq akademik əməkdaşlığa yönəldilir.

Ekspertin fikrincə ərəb ölkələrində təhsil almaq bir sıra mühüm üstünlüklər təqdim edir. Bunlara təhlükəsiz mühit, yüksək həyat standartları, bəzi ölkələrdə vergisiz iqtisadi model, eləcə də sürətlə inkişaf edən əmək bazarı daxildir. Bundan əlavə, regionun Avropa, Asiya və Afrika arasında strateji mövqedə yerləşməsi məzunlara beynəlxalq şirkətlərdə karyera qurmaq üçün geniş imkanlar açır.  Aisa Aslanovana yekunda qeyd edib ki, ərəb ölkələri artıq yalnız regional deyil, qlobal təhsil mərkəzləri kimi formalaşmaqdadır. Müasir ixtisaslar, güclü maliyyə dəstəyi və beynəlxalq yönümlü proqramlar bu regionu xarici tələbələr üçün cəlbedici edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri