Icma.az
close
up
RU
Suriyadakı hadisələr ərəb ölkələrində təkrarlana bilər

Suriyadakı hadisələr ərəb ölkələrində təkrarlana bilər

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyadakı hadisələr ərəb ölkələrində təkrarlana bilər

Əsəd rejiminin devrilməsi ərəb ölkələri liderləri tərəfindən rəğbətlə qarşılandığı qədər də onlar arasında bəzi narahatlıqlara səbəb olub. Buna səbəb Bəşər Əsədin devrilməsinin onların dövlətlərində iğtişaşlara səbəb ola biləcəyi təhlükəsidir. Məsələ ilə bağlı daha çox təşviş keçirən ölkə Misirdir. Misir rəhbərliyinin Suriyada baş verən hakimiyyət dəyişikliyinə olduqca ehtiyatlı reaksiya verməsi də bunu təsdiq edir. Prezident Əbdül Fəth əs-Sisi Suriyada baş verənlərin Misirdə təkrarlana biləcəyi təhlükəsindən narahat olduğunu artıq gizlətmir. O yerli mətbuata verdiyi açıqlamasında deyib ki, Suriya xalqının başına gətirilən faciələrdə iştirak edənlər bu taktikadan digər ərəb ölkələrinə münasibətdə istifadə edə bilərlər. Ona görə də Əbdül Fəth əs-Sisi Suriya prezidentini devirənlərə münasibətdə olduqca ehtiyatlı mövqe nümayiş etdirərək hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini diqqətlə izləməkdədir. Digər tərəfdən də Suriyada Əsədi devirən güclərin arxasında bölcədə marağı olan bəzi dövlətlərin dayandığı da sirr deyil və ölkəni idarə edəcək yeni rəhbərliyin kimlərin iradəsi ilə hərəkət edəcəyi bilinmir.

Əbdül Fəth əs-Sisinin digər qorxusu Suriyada islam rejiminin ölkə siyasətində aparıcı rol oynaya bilməsi ilə bağlıdır. Buna da səbəb vaxtı ilə prezident Əbdül Fəth əs-Sisinin Misirdə “Müsəlman Qardaşlar” hərəkatını məhv etmək üçün böyük repressiyalar həyata keçirməsidir. Buna baxmayaraq bir çox misirlilər hələ də onlara rəğbət bəsləyirlər. Bu baxımdanSuriyada baş verənlərin Misirdə islamçı qrupların ruhlandıracağı ehtimal edilir. Məsələyə münasibət bildirən politoloq Rasim Musabəyovun fikrincə, istənilən halda Suriyanın bundan sonra da zəifləməsi ı Ərəb ölkələri üçün yaxşı heç nə vəd etmir.

Misirlə bərabər İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) liderləri də Suriya prezidenti Bəşər Əsədin devrilməsinin onların dövlətlərində iğtişaşlara səbəb ola biləcəyindən narahatdırlar. Onlar Suriyanın gələcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər, çünki bu ölkənin “xaosa girməsi” riski var.

Əsəd ölkədən qaçarkən ərəb dövlətləri ehtiyatlı davrandılar və ictimai bəyanatlarda suriyalıları hakimiyyətin sakit şəkildə ötürülməsini təmin etməyə, dövlət institutlarını qorumağa çağırıblar. Bununla belə, ərəb ölkələrinin qorxuları üsyançılardan Suriya hökuməti ilə danışıqlara başlamağı xahiş edəndə aydın idi.

Bir daha qeyd etdiyimiz kimi Ərəb ölkələri islamçıların bu boşluğu doldurmaq, Suriyada möhkəmlənmək və təsirlərini yaymaq imkanlarından narahatdırlar. Belə bir vəziyyətin davam etməsi isə ərəb ölkələrinə yaxşı heç nə vəd etmir.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 16 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri