Icma.az
close
up
RU
Ərəb turistlər Azərbaycanda Qırmızı Kitab a düşən quşları ovlayır

Ərəb turistlər Azərbaycanda Qırmızı Kitab a düşən quşları ovlayır

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ərəb turistlər Azərbaycanda “Qırmızı Kitab”a düşən quşları ovlayır 

Azərbaycana ərəb ölkələrindən gəlmiş ovçular qanunsuz ovla məşğuldur. 

AzPost bildirir ki, bu barədə “EkoFront” Hərəkatı məlumat yayıb.

Məlumatda bildirilir ki, bir çox ərəb ovçular “Qırmızı Kitab”a düşən bəzgək quşunu qanunsuz olaraq ovlayır.

Ayrı-ayrı qruplar şəklində ölkəyə gələn turistlərin bir hissəsi İmişlidəki oteldə qalır.

“Qanunlara məhəl qoymayan bəzi “qonaqlar” və işbazlar ölkəmizdə brakonyerliklə məşğuldur. Əlimizdə foto və video sübutlar var. Bir çox ərəb ovçular “Qırmızı Kitab”a düşən bəzgək quşunu qanunsuz olaraq ovlayır. Bu ovçuları 2019-dan daimi olaraq hər mövsüm buradadırlar. Bu cinayətə göz yumanlar da eyni dərəcədə məsuliyyət daşıyır”-deyə Hərəkatın açıqlamasında bildirilir.

Bəzgək  Gruiformes dəstəsindən bir quş növüdür. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var.

Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.

XX əsrin birinci yarısında Kür-Araz ovalığında bəzi sürülərində 20 minə qədər quş olub. Azərbaycanda bəzi illərdə 40-50 min bəzgək ovlanıb, 1990-cı illərə qədər bəzgəyin sayı kəskin azalıb. Yuvalayan populyasiyası məhv edilib. Kür-Araz ovalığında 1989-cu ilin qışında Kürdəmir rayonu ərazisində 200, Biləsuvar rayonunda 150, Şirvan qoruğunda 200 bəzgək qeydə alınıb.

Ovlanması qadağandır. Qızılağac, Türyançay, Samux və Körçay Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkları bəzgəyin qışlaması üçün yararlıdır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CİTES və Bern konvensiyalarına daxil edilib.

“TikTok”da izləyin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri