“Qırmızı Kitab”a düşmüş quşları ovlayan şəxs amnistiyaya düşdü
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hacıqabul Rayon Məhkəməsində qanunsuz ov etmədə təqsirləndirilən Fəxri Bayramovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Fəxri Bayramov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttihama görə, Fəxri Bayramov 1 oktyabr 2025-ci il tarixdə saat 10 radələrində Hacıqabul rayonu, Abdulabad kəndi ərazisinə gələrək özü ilə əvvəlcədən gətirdiyi ov silahlarından istifadə edib. Təqsirləndirilən şəxs lazımi icazə olmadan və qadağan edilmiş vaxtda Azərbaycanın “Qırmızı Kitabı”na a və “Qırmızı Siyahı”ya daxil edilmiş, ovlanması tamamilə qadağan olunan 7 ədəd turac quşunu qanunsuz ovlayıb.
Müəyyən edilib ki, hər birinin dəyəri 330 manat olan həmin quşların qanunsuz ovlanması nəticəsində təbiətə ümumilikdə 2 310 manat məbləğində maddi ziyan vurulub.
Həmin gün saat 11 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Fəxri Bayramov Abdulabad kəndi ərazisində müəyyən edilərək RPŞ-nin inzibati binasına gətirilib. Aparılmış yoxlama zamanı ondan 7 ədəd turac quşu və ov silahları aşkar edilərək götürülüb.
Göstərilən hallar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilib.
(pravda.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Yanvar 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















