Icma.az
close
up
RU
“Ərəblər İsraildə xarici işlər nazirinin müavini səviyyəsində dövlət postları tuturlar...”

“Ərəblər İsraildə xarici işlər nazirinin müavini səviyyəsində dövlət postları tuturlar...”

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Yəhudilər Qəzzada yalnız cüzi sayda ərəb qalımasını istəyirlər. Və ancaq bu şərtlə ki...”

“Emosional hissəni kənara qoysaq, başa düşürük ki, İsrailin əsas məqsədi Qəzzada olan əhalini bu və ya digər şərtlər altında oradan çıxarmaqdır. Və əslində oradakı əhali vaxtilə Yaxın Şərqdəki müharibələrin nəticəsində toplanmış ərəblərdir. Bu bölgənin Misirlə həmsərhəd olması həmin dövlət üçün o ərazini nəzarət altına götürüb öz ərazisinin bir hissəsi etmək üçün bir şans idi. Lakin bu, baş vermədi. İndi isə müzakirə olunan aktual məsələ ondan ibarətdir ki, Qəzzadakı əhalini guya müvəqqəti, amma əslində həmişəlik bu və ya digər ölkələrə köçürmək gərəkdir”.

Bu fikirləri Moderator.az əməkdaşının “Tramp Ağ Evə gəlməmişdən bir gün öncə Qəzzada atəçkəs əldə olunsa da, İsrail Fələstinin müxtəlif bölgələrində reydlərini, dinc insanların qətlini davam etdirir. Bunun sonu necə olacaq” sualını cavablandırarkən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.

“Deyəsən, ərəblərin Qızzadan köçürülməsi haqda təklif ilk olaraq Tramp tərəfindən səslənmir” sualını sabiq baş diplomat belə cavablandırıb:

“Bəli, Trampdan əvvəl də belə təkliflər olub. Qəzzalıları Almaniyadan, Misirdən tutmuş İordaniyayadək müxtəlif ölkələrə köçürmək barədə təkliflər edilib. Ərəb ölkələri bunu qəbul etmirlər. Amma dediyim kimi, İsrailin indiki mərhələdə məqsədi bu əraziləri ərəblərdən təmizləməkdir. Yəhudilər Qəzzada yalnız cüzi sayda ərəb qalımasını istəyirlər. Və ancaq bu şərtlə ki, onlar İsrailin qanunlarıyla yaşasınlar... Necə ki, İsrailin öz ərazisində yaşayan ərəblər onun qanunlarına tabe olur, hətta bu dövlətin ordusunda xidmət edir, xarici işlər nazirinin müavini səviyyəsində dövlət postları tuturlar... Amma ilkin məqsəd ərəblərin sayının azaldılmasıdır. Çünki son onilliklərdə Qəzzada ciddi şəkildə demoqrafik partlayış olub və əhalinin sayı çoxalıb. Yəni 60-70 il bundan öncə ərəblərin sayı orada az idi. Sonradan isə müharibələr nəticəsində oraya axınlar oldu, qaçqınların düşərgələri yaradıldı və nəticədə kiçik bir ərazidə 2 milıyona yaxın əhali peyda oldu. Ancaq birinci İntifada dövründə, yəni 1987-1993-cü illərdəki İsrail işğalına qarşı ərəblərin müqaviməti zamanı Qəzzanı 700 minə yaxın insan tərk edib. Son “HƏMAS”-İsrail savaşı nəticəsində isə bəzi məlumatlara görə,  500 minə yaxın, bəlkə də daha çox ərəb oradan köçüb. Və əgər evaukasiya təşkil olunsa, yəqin ki, daha böyük sayda insanları Qəzzadan köçürəcəklər...”

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri