Xarici işlər nazirinin müavini ABŞ Dövlət Katibinin köməkçisinin müavini ilə görüşüb
Icma.az, Anews portalına istinadən məlumat yayır.
Dekabrın 6-da Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakı qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
Tərəflər Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin perspektivlərini müzakirə ediblər.
Azərbaycanın noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.
Nazir müavini Elnur Məmmədov, post-münaqişə dövründə bölgədəki vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfi məlumatlandırıb.
Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında, qanunvericilik aktlarında, eləcə də beynəlxalq təşkilatlar və məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.N.Təbrizli
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Dekabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















