Erhan Toker: “Fasilədən sonra ilk oyunu qazandığımız üçün sevinirəm”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
"Abşeron Lions"un baş məşqçisi Erhan Tokerin adı fasilədən sonra keçirilən ilk oyunda qazanılan qələbədən sonra diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının 12-ci turunun bağlanış matçında "Gəncə"yə 98:93 hesabı ilə qalib gəldikləri görüşdən sonra fikirlərini bölüşüb.
"Fasilədən sonra ilk oyunu qazandığımız üçün sevinirəm. Təxminən 20 günlük fasilədən sonra bir oyuna çıxdıq. Oyun ritmimizi itirmişdik. Bu oyuna qədər cəmi 5-6 məşqimiz olub. Bəzi oyunçular parket üzərində çox qaldı. Az-az əvəzləndi. Bu da istər-istəməz səhv etmələri ilə nəticələnirdi. Rəqib də güclü komanda idi. Son olaraq “Sabah”a qarşı da belə mübariz oyun sərgiləmişdilər. Yekunda bu qədər hazır olmadan və fasilədən sonra ilk oyunu qazandığımız üçün sevinirəm", - deyə Erhan Toker bildirib.
Qeyd edək ki, "Abşeron Lions" Azərbaycan Basketbol Liqasının XII turunun bağlanış matçında "Gəncə"ni 98:93 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 11 Yanvar 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















