Əri tərəfindən şiddət görən qadın onu bağışladı MƏHKƏMƏ
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonunda 1986-cı il təvəllüdlü Xalid qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Əfsanəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 1-də Masazır qəsəbəsində baş verib. Xalid həmin gün saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Əfsanə ilə mübahisə edib.
Aralarında qısqanclıq zəminində yaranmış narazılıq üstündə mübahisə edib və bu zaman arvadının üzərinə hücum edərək əl zərbəsi ilə onun sifət nahiyəsinə vurub. Nəticədə arvadının burun sümüyünü sındırıb.
Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Əfsanə ilə 2011-ci ildə ailə həyatı qurub, birgə nikahdan üç azyaşlı övladları var: “Arvadım Masazır qəsəbəsində yerləşən marketdə satıcı işləyir. Ona dəfələrlə xəbərdarlıq etmişəm ki, iş prosesində heç kimlə səmimi münasibət qurmasın. Lakin sözlərimə ciddi yanaşmır”.
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 1-də¸saat 19 radələrində Əfsanə işdən çıxdıqdan sonra onu qarşılayıb və birlikdə evə gediblər: “Həmin gün saat 20 radələrində eyni səbəbdən aramızda mübahisə yarandı. Əfsanəyə bu barədə irad bildirdim. Mübahisə zamanı əsəbiləşərək sağ əlimin içi ilə onun burnuna bir dəfə zərbə vurdum. Sonra mübahisələrimiz başa çatdı. Daha sonra məlum olub ki, Əfsanə barəmdə şikayət edib”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də şiddət görən qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Əri tərəfindən şiddət görən qadın onu bağışladı MƏHKƏMƏ
20 Avqust 2025 16:13
Bakıda əri tərəfindən şiddət görən qadın onu bağışladı
30 İyul 2025 18:29
Hökməlidə əri tərəfindən şiddət görən qadın onu bağışladı TƏFƏRRÜAT
11 İyul 2025 15:17
Ordubadda əri tərəfindən şiddət görən qadın onu bıçaqladı
28 Mart 2025 17:11
Əri tərəfindən şiddət görən qadın: “Onu bağışlamaq niyyətim yoxdur”
19 May 2025 19:22
Baxış sayı:69
Bu xəbər 12 Yanvar 2026 18:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları