Icma.az
close
up
RU
Hökməlidə əri tərəfindən şiddət görən qadın onu bağışladı TƏFƏRRÜAT

Hökməlidə əri tərəfindən şiddət görən qadın onu bağışladı TƏFƏRRÜAT

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda ər arvadın mübahisəsi cinayətə səbəb olub. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 9-da Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib. 
Beyləqan rayon sakini, 1987-ci il təvəllüdlü Zakir Əmənov həmin gün saat 19 radələrində yaşadığı fərdi yaşayış evində arvadı Səidənin (ad-soyad şərtidir – red.) yeməyi gec verməsinə görə irad bildirib. 
Bu zaman Səidə onunla nikahlarına xitam verilməsi üçün müraciət edə biləcəyi barədə fikirlər söyləməsi zamanı mübahisə daha da qızışıb. Hövsələsinə hakim ola bilməyən ər zərərçəkmiş şəxsin üzərinə hücum edib. O, əl, yumruq zərbələri ilə arvadının göz, sifət, baş, qol, qarın və bədəninin müxtəlif nahiyələrinə ardıcıl vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Zakirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə həyatı qurub, birgə nikahdan iki övladı var: “Mayın 9-da, saat 19 radələrində yaşadığım evdə olarkən arvadım evin həyətində təmizlik işləri apararkən onu səslədim, yemək verməsini istədim. Bir neçə dəqiqə keçdikdən sonra arvadım evə daxil oldu və mənə yemək verdi. Mən yeməyi yeyib bitirdikdən sonra Səidəyə yeməyi gec verdiyi üçün irad bildirdim. Bu səbəbdən aramızda sözlə mübahisələrimiz baş verdi. Mübahisə zamanı Səidə mənə boşanmağımızı təklif etdi. Mən də onun bu sözündən əsəbiləşdim, üzərimə getdim və əllərim ilə onun sifətindən, başından, qollarından bir neçə zərbə vurdum. Sonra evdən çıxaraq getdim. Bir neçə müddətdən sonra polis əməkdaşları gələrək Səidənin şikayəti ilə bağlı məni polis idarəsinə dəvət etdilər”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Qadın da ərinə qarşı şikayətini geri götürüb. 
Bu səbəbdən məhkəmə Zakirin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 İyul 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri