Icma.az
close
up
RU
Erik Ramos: Samir Abasova zaman vermək və inanmaq lazımdır Müsahibə

Erik Ramos: Samir Abasova zaman vermək və inanmaq lazımdır Müsahibə

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Neftçi"nin sabiq legioneri Erik Ramos apasport.az saytına müsahibə verib.

- "Neftçi" ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Sabah"a qalib gələ bilmədi və turnirdəki iştirakını dayandırdı. Sənin üçün sürpriz oldu?
- Düzünü deyim, “Neftçi”nin ölkə kubokunda iştirakını dayandırması mənim üçün sürpriz olmadı. Çünki bu mövsüm onlar üçün heç də yaxşı keçmir. Üstəlik, komanda Premyer Liqanın son oyunlarında da uğursuz oldu. Ona görə də, kubokda da bu cür nəticə qeydə alındı. Yoxsa, təbii ki, “Neftçi”dən gözləntilər hər zaman yüksəkdir. 

- "Neftçi" birinci hissədə pis oynamasa da, ikinci hissədə fiziki olaraq problem yaşadı. Səncə, komanda nəyə görə bu durumdadır?
- Mən düşünmürəm ki, “Neftçi”nin problemi fiziki məsələdir. Mənə görə, “Neftçi”nin əsas problemi psixoloji durumdur. Sanki komanda çox “zədələnib”. Komanda həlledici matç oynamaq inamını itirib. Görünür ki, kollektivin özünəinamı itib. Ona görə də ortada belə problemlər var. Yoxsa, fiziki məsələnin bura aidiyyatı yoxdur.

- Yayda Roman Qriqorçuk komandaya baş məşqçi kimi gətiriləndə, çox adam uğurlu nəticə gözləyirdi, amma 9 oyun qalibiyyətsizliyə görə göndərildi. Samir Abasov hazırda komandanın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda yeni sezon uğurlu nəticə əldə edə bilər?
- Bəli, razıyam. Roman Qriqorçuk və yeni-yeni futbolçuların gəlişindən sonra gözləntilər çox yüksək idi. "Neftçi"nin Premyer Liqanın bu mövsümünü çox yaxşı keçirəcəyini gözləyənlər az deyildi. Amma çox təəssüflər olsun ki, “Neftçi” çempionluq mübarizəsindən çox erkən qopdu. Samir Abasovun gəlişi... O, yenidən komandanı qurmalıdır. Üstəlik, Samir “Neftçi”yə çempionluq qazandırmış sonuncu mütəxəssisdir. Demək ki, Samir Abasova zaman vermək və inanmaq lazımdır.

- Sən həm "Neftçi", həm də "Sabah"da oynamısan. "Sabah"ın finala çıxmasına görə sevinirsən, yoxsa "Neftçi"nin uğursuzluğuna görə?
- Həm “Sabah”da, həm də “Neftçi”də mənə olduqca yaxşı davranıblar. Hörmətlə yanaşıblar. Amma düzü, mən “Neftçi”nin fanatıyam və bu klubda özümü hər zaman çox xoşbəxt hiss etmişəm. Axı, mən orada az olmamışam. Dörd il “Neftçi”nin şərəfini qorumuşam.

- Artıq iki mövsümdür ki, "Neftçi" avrokuboklardan kənarda qalıb. Bu haqda fikrin necədir?
- Avrokuboklara vəsiqə qazana bilməmək, orada oynamamaq böyük maliyyə dayaqlarına malik böyük klub üçün uğursuzluqdur. Nə deyim? Ümidvaram ki, zamanla hər şey düzələcək və “Neftçi” hər zaman olduğu yerlərə qayıdacaq.

Misli Premyer Liqası: XXXIV turun oyun cədvəli Günün oyunları bu kanallarda Birinci Liqa: "Zaqatala" "İmişli" ilə, "Qəbələ" MOİK-lə üz-üzə - YENİLƏNİR "Turan Tovuz" "Şamaxı"ya qarşı - YENİLƏNİR Millimiz qrup liderliyinə yüksəldi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://apasport.az
archiveBu xəbər 25 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri