Eriksenin durumuna aydınlıq gəldi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Danimarka milli komandasının həkimi Morten Boesen ötən gün Ukrayna ilə matçda huşunu itirərək yerə yıxılan və xəstəxanaya aparılan futbolçu Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, futbolçunun durumunun yaxşı olduğunu bildirib:
“Bu səhər Kristianla danışdım və onun vəziyyəti yaxşıdır. Eriksen ailəsinin yanındadır, əhval-ruhiyyəsi yüksəkdir. Yaxın zamanda xəstəxanadan buraxılacaq və evinə qayıda biləcək”.
Qeyd edək ki, Kristian Eriksen Ukrayna ilə matçın 63-cü dəqiqəsində huşunu itirmişdi. Matç ona görə təxirə salınmışdı.
Baxış sayı:142
Bu xəbər 08 İyun 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















