Icma.az
close
up
RU
Eriksenin karyerası təhlükə altında?

Eriksenin karyerası təhlükə altında?

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Eriksenin karyerası təhlükə altında?

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksenin dünən Ukrayna ilə yoldaşlıq oyununda huşunu itirməsi futbol ictimaiyyətində narahatlıq yaradıb.

QOL.az xəbər verir ki, bu barədə kardiologiya professoru Henning Mölqard “L’Equipe” nəşrinə danışıb. Mütəxəssis bildirib ki, Eriksenin həyatını məhz ürək stimulyatoru xilas edib:

“Ürək stimulyatoru, şübhəsiz ki, futbolçunun həyatını xilas etdi. Amma bu hadisə sabah da, beş ildən sonra da təkrarlana bilər. Ürəyində nəzərə çarpmayan problemlər olan bir çox insanlarda təkrar ürək dayanması halları baş verir və həmin vaxt stimulyator işə düşür.

Əslində diqqətçəkən məqam hadisənin baş verməsi deyil, bunun futbol meydançasında yaşanmasıdır. Stimulyatorun verdiyi impuls güclü zərbə kimidir. Bundan sonra insanın özünə gəlməsi üçün müəyyən vaxt lazım olur. Eriksenin öz ayaqları ilə təcili yardım maşınına qədər gedə bilməsi isə müsbət göstəricidir”.

Professor əlavə edib ki, buna baxmayaraq, peşəkar klubların əksəriyyəti futbolçunun yenidən meydanda huşunu itirməsi riskini nəzərə alaraq onun çıxışına ehtiyatla yanaşacaq.

Qeyd edək ki, Kristian Eriksen Danimarkanın Ukrayna ilə yoldaşlıq görüşündə huşunu itirib. Qarşılaşma 75-ci dəqiqədə, meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə dayandırılıb.

Xatırladaq ki, Eriksen 2021-ci ildə Avropa çempionatında Danimarka – Finlandiya oyununda ürəyi dayandıqdan sonra ona ürək stimulyatoru yerləşdirilmişdi. L’Equipe nəşrinin məlumatına görə, həkimlər hazırda futbolçunun vəziyyətini nəzarətdə saxlayırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 İyun 2026 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri